Bakıda 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgi və konfransı keçiriləcək

Bakıda 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya texnologiyaları sərgi və konfransı keçiriləcək
13:12 1 Noyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

29 noyabr - 2 dekabr tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları "Bakutel 2016" sərgi-konfransı keçiriləcək.

Regionun ən böyük sahəvi tədbirlərindən biri olan "Bakutel" sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını bir araya toplayır.

İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, "Bakutel" sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilmişdir. Uzun illər ərzində "Bakutel" sərgisi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstəyi ilə keçirilir. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən verilmiş keyfiyyət nişanı "Bakutel" sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" və "Caspian Event Organisers" ("CEO") şirkətləri çıxış edirlər.

Əlavə məlumat əldə etmək üçün, xahiş edirik, Svetlana Hacıyevaya müraciət edəsiniz

Tel.: +994 12 404 1008

Faks: +994 12 4041001

E-mail:prmanager@iteca.az 

Web: www.bakutel.az  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/485201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR