Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanla Tümen vilayəti arasında əməkdaşlıq genişlənir

Azərbaycanla Tümen vilayəti arasında əməkdaşlıq genişlənir

Date: 1 November 2016 13:12

Bakı. 1 noyabr. REPORT.AZ/ "Son illər Azərbaycanla Rusiyanın Tümen vilayəti arasında əməkdaşlıq genişlənir. Tümen vilayəti bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır və bu gün Azərbaycana konkret layihələr təqdim edəcək". 
“Report” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən VII Rusiya-Azərbaycan Regionlararası Forumunda Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev bildirib: "Təkliflərimiz sırasında Tümen vilayətində pərakəndə paylayıcı mərkəzin yaradılması layihəsi də var ki, bu mərkəz məhsulların vilayətətrafı və daha sonra Rusiyanın şərq hissəsinə tədarük edilməsinə yardım edəcək. Daha sonra neft-qaz, maşınqayırma sahələrində birgə əməkdaşlığı təklif edirik. Belə ki, birgə istehsal üçün polimer məhsullarının emalı, habelə qayıq, avtomobil, boru hazırlanması zamanı zəruri hesab edilən komponentlərin istehalında istifadə edilir". 
"Habelə aqrar-sənaye kompleksinə aid kartof emalı layihəsi, taxıl mərkəzinin tikilməsi nəzərdən keçirmək təklif edilir. Bununla yanaşı Tümen turizm sahəsində yaxşı təcrübəyə malikdir və SPA-hotellərin tikintisi də təklif edilən layihərimiz sırasındadır”,- V Yakuşyev əlavə edib.
V.Yakuşyev bu forumun ikitərəfli əlaqələri möhkəmləndirəcəyinə və yeni imkanlar yaradağına ümid etdiyini deyib.

Tags:  Azərbaycanla Tümen vilayəti arasında əməkdaşlıq genişlənir

RƏYLƏR


Top news