Kollecin rəhbəri: "Builki tədris ilində ən çox tələb tibb bacısı şöbəsi üzrə olub"

Kollecin rəhbəri: "Builki tədris ilində ən çox tələb tibb bacısı şöbəsi üzrə olub"
13:12 1 Noyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ "Son üç ildə 2 nömrəli Baza Tibb Kollecində tələbələrin qəbulu üçün 7 ixtisas üzrə 510 plan yeri ayrılıb və hər il qəbul planı 100 faiz yerinə yetirilir". 
"Report"un xəbərinə görə, bunu kollecin rəhbəri Dilarə Məmmədəliyeva deyib.
Onun sözlərinə görə, hazırda burada 1 468 tələbə təhsil alır: "Builki tədris ilində ən çox tələb tibb bacısı şöbəsi üzrə olub. Belə ki, bu şöbəyə 125, mamalıq şöbəsinə 85, laborator-diaqnostik şöbəsinə 75, tibbi profilaktika şöbəsinə 60, müalicə şöbəsinə 60, əczaçılıq şöbəsinə 55, diş texniki şöbəsinə 50 tələbə qəbul olub. Bu ixtisaslar hər zaman tələb olunanlardır. Bir çox tələbələr kolleci bitirən kimi işlə təmin olunurlar".
D.Məmmədəliyeva kolleci bitirənlərin əksəriyyətinin diplomla təmin olunduğunu da bildirib: "Sadəcə, hərbi xidmətə gedən və analıq məzuniyyətinə çıxan tələbələr diplomu bir müddət sonra əldə edirlər. Kollecdə təhsil üç ildir və kredit sisteminə keçidlə əlaqədar tələbələrin göstəricilərindən asılı olaraq təhsil müddəti uzana bilər. Tələbələrin çoxu təhsilini vaxtında bitirir, lakin 5-6 tələbənin müəyyən fənlərdən krediti qaldığından təhsillərini 5-6 ilə bitirmələri mümkündür. Təhsil müddəti üçillik olsa da, kredit sisteminə əsasən, tələbə fənlər üzrə nəzərdə tutulan göstəricilərə cavab verdikdə diplom əldə edir". 

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/builki-tedris-ilinde-en-cox-teleb-tibb-bacisi-sobesi-uzre-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR