M.Ə.Rəsulzadənin nəvəsinin 70 illik yubileyi qeyd olundu - FOTOLAR

M.Ə.Rəsulzadənin nəvəsinin 70 illik yubileyi qeyd olundu - FOTOLAR
13:18 1 Noyabr 2016
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Hacıbaba Bağırovun 85 illik yubileyi qeyd olunacaq (14 Aprel 2017 15:05)
Yeni “Niva” hazırlandı – FOTOLAR (12 Aprel 2017 09:48)
20 nömrəli musiqi məktəbinin 50 illik yubileyi qeyd olundu (03 Aprel 2017 18:42)

Bu gün Bakıda Məmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rəis Rəsulzadənin 70 illik yubileyinə həsr olunan mərasim keçirilib.

Publika.az xəbər verir ki, tədbirin təşkilatçısı tarix elmləri doktoru Nəsiman Yaqublu bildirib ki, Rəis Rəsulzadə Azərbaycan mədəniyyətinə və incəsənətinə böyük töhfələr verib:

“Azərbaycan ictimaiyyətində Rəis Rəsulzadə Məmməd Əmin Rəsulzadənin nəvəsi kimi tanınıb. 500-dən çox sənət əsərinin müəllifi olan Rəis Rəsulzadə isə unudulub kənarda qalıb. Biz düşündük ki, nəhayət Rəis müəllimi rəssam kimi ictimaiyyətə geniş şəkildə təqdim edək. O, ata tərəfdən böyük Rəsulzadənin nəvəsidirsə, ana tərəfdən nəsli də Naxçıvanın tanınmış ziyalılarıdır, Eynəli bəy Sultanov nəslindəndir. O, 1882-ci ildə ziyalılar cəmiyyəti yaradaraq bu mühitin maarifləndirilməsində rol oynayıb. Repressiyalar zamanı həm ana, həm də ata tərəfi Qazaxıstana sürgün edilib. Rəis Rəsulzadə elə Qazaxıstanda doğulub, Karaqanda şəhərində təhsil alıb. 3 yaşında anasını itirəndən sonra həyatın çətinlikləri ilə üzləşən Rəis Rəsulzadə öz savadı ilə məktəbdə seçilib. Güclü şahmatçı olub, rəsm əsərləri təkcə Qazaxıstanda deyil, Moskavada da sərgilənib. Məktəbli ikən 50-yə yaxın əsərləri sərgilərdə nümayiş etdirilib. Orta məktəbi bitirəndən sonra Bakıya qayıdıb Əzim Əzimzadə adına rəssamlıq məktəbində oxuyub. 1969-cu ildə rəssamlıq məktəbini bitirəndən sonra 2 il sovet ordusunda qulluq edib. Kuznets mühitində də fərqlənmişdi, onun xidmət göstərdiyi hərbi hissə tərtibatına görə hərbi hissələr arasında 1-ci yeri tutmuşdur. Bir sözlə, o, hansı sahədə çalışıbsa, diqqəti özünə çəkə bilib. Hərbi xidməti bitirəndən sonra Azərbaycana qayıdıb. Bu nəslə diqqət etmişəm, əzablı günlər yaşayan Rəsulzadələr bütün varlığı ilə Azərbaycanı sevdiklərindən ölkəmizə qayıdıblar”.

N.Yaqublu qeyd edib ki, onun atası Azər Rəsulzadə də rəsmə maraq göstərib: Karaqandada bir rəsm əsəri gördüm, od üzərində Məhəmməd Əmin Rəsulzadə, külün üzərində isə Azər Rəsulzadə yazılmışdı. Bu nəslin odu daha da alışıb yanmışdı, ancaq külə çevrilmədi. Novxanıda qonşu olan Mehdi Hüseynzadə Azər Rəsulzadə ilə yaxşı dost idi. Hətta o, sürgünə göndəriləndə onun yarımçıq sənət əsərlərini davam etdirib, qonorarı da Qazaxıstandakı ünvanı öyrənib Azər Rəsulzadəyə göndərirmiş”.

Nəsiman Yaqublu bildirib ki, Rəis Rəsulzadə Nadir Əbdürrəhmanovun məsləhəti ilə Azərbaycan Pedaqoji İnstitutunda bədii qrafika ixtisası üzrə təhsil alıb: “Onun əsərləri 1975-ci ildən başlayaraq, beynəlxalq sərgilərdə nümayiş etdirilməyə başlayıb. 1977-ci ildə onun peşəkarlığı və yüksək qabiliyyətinə görə institutda dərs deməsi üçün saxlayıblar. Hazırda indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent vəzifəsində çalışmaqdadır. Pedaqoji fəaliyyəti nə qədər peşəkardırsa, rəssamlıq fəaliyyəti də o cür diqqətəlayiqdir. 1980-ci ildə əsərləri Əfqanıstan, Polşa, ABŞ-ın Hyuston ştatında nümayiş etdirilib. O, öz işinə inanıb irəli gedib. 11 pillə aşağıda yerləşən zirzəmidə 10 il ərzində yaşayıb, yüzlərlə əsər yaradıb. Qonşular şübhələnib ki, havasız yerdə necə çalışır. Rəis Rəsulzadə heç vaxt təmənna ummayıb. Onun babası Məmməd Əmin Rəsulzadə haqda Stalin də bu cür düşünüb. Rəsulzadəni Moskvaya özü ilə aparan Stalin ondan bir xahiş belə eşitmir. Sonda dözməyib qayıdır ki, belə yaxın dostuq, öz ehtiyacınızı dilə gətirib demirsiniz. Doğrudan da heç vaxt ehtiyacını dilə gətirməyib”.

Nəsiman Yaqublu təklif edib ki, Rəis Rəsulzadənin fərdi sərgisi açılmalı və onun əsərlərini Azərbaycan ictimaiyyəti tanımalıdır.

Millət vəkili Rafael Hüseynov qeyd edib ki, Rəis Rəsulzadə Azərbaycanın ən şərəfli nəsillərindən birinin övladıdır:

“Məni cəzb edən nə onun məşhur şanlı soyadıdır, nə də Azərbaycan dövlətçiliyinin təməlində adları ucalan böyük şəxsiyyətlərdir. Məni cəlb edən Rəis Rəsulzadənin özünün şəxsiyyəti və Azərbaycana bağışladığı böyük irsdir. Məşhur soyadlar, adətən, yollar açır. Tale elə gətirib ki, məşhur soyadı, şanlı babası onun qarşısında nəinki yollar açıb, bəzən maneələr, müqavimətlər ortaya qoyub. O, nəyə nail olubsa, istedad və ağlasığmaz əməksevərliyinin, ardıcıllığın sayəsində olub. Bu inadkarlıq gərək insanlara nümunə olsun. Bir neçə yüz əsərinin əksəriyyətini görmüşəm. Şairlik, rəssamlıq istedadı qanda olur və nə vaxtsa üzə çıxır. Məmməd Əmin Rəsulzadənin həyat yoldaşı da, bacısı da incə rəng duyumu olan insanlar idi. Rəis Rəsulzadənin yaradıcılığında əsas yer tutan məqam mənzərələrdir və rəng bolluğudur. Qarabağda rəng əlvanlığı səsdə təzahür edir. Rəssamların əksəriyyəti rəng baxımdan xəsis olan Abşeron və Naxçıvan torpağından çıxır. Mənşə etibarilə Rəis Rəsulzadə bir tərəfdən abşeronlu, digər tərəfdən naxçıvanlıdır”.

Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, Rəis Rəsulzadənin bəxti onda gətirib ki, Məmməd Əmin Rəsulzadənin nəvəsi kimi dünyaya göz açıb:

“Bu nəslin əksər hissəsi 1937-ci il repressiya qurbanı olmuşdu. 1992-ci ildə Əbülfəz Elçibəy prezident seçiləndə həmin insanların bəraət alması üçün sərəncam imzaladı. Azərbaycan tarixində Məmməd Əmin Rəsulzadəyə layiqincə qiymət verməmişik. Onun haqda müsbət və mənfi fikirlər var. Müstəqil Azərbaycan olmağımızda onun xüsusi rolu var. Tariximizi də unutmamalıyıq. Tarixçilər, alimlərimizlə söhbətimizdə deyirəm ki, tarixi elə yazmalıyıq ki, həqiqəti əks etdirsin, yalançı tarix olmasın. Məmməd Əmin Rəsulzadənin yubileyi ilə bağlı son vaxtlar tədbirlər keçirildi, ancaq bu, kifayət deyil. Hesab edirəm ki, gənclərimiz ona bizdən çox qiymət verir. Rəis Rəsulzadənin də əsərlərinin sərgisini geniş şəkildə təşkil etməyi düşünürük. Necə ki, Nadir Əbdürrəhmanovu, Tahir Salahovu görkəmli rəssam kimi tanıyırıq, onun da əsərlərini ictimaiyyətə təqdim etməliyik. Mədəniyyət xadimləri üçün verilən adlar gəldi-gedərdir. Tarixdə qalan Məmməd Əmin Rəsulzadə və onun nəvəsi olmaq adıdır”.

Cəfər Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı isə deyib ki, nümayiş olunan əsərləri ilə Rəis Rəsulzadənin zəngin mənəviyyatlı insan olduğu bir daha kəşf edilib:

“Babam Cəfər Cabbarlı demokratik respublikanın quruculuğunda fəal iştirak edib. Məmməd Əmin Rəsulzadə ilə çox yaxın tanışlığı vardı, ailələr bir-birinə rəğbətlə yanaşırdılar. Rəis müəllimi gözəl əsərlərinə görə və yubileyi münasibətilə təbrik edirəm”.

Millət vəkili Fazil Mustafa söyləyib ki, nəinki Rəis Rəsulzadə, hər bir azərbaycanlı Məmməd Əmin Rəsulzadə yolunu və əqidəsini daşıyır:

“Azərbaycan cümhuriyyəti qurulanda heç Azərbaycan adı belə yox idi. Oğuzustan adı üzərində dayanmışdılar. Məmməd Əmin Rəsulzadə bu adı kəşf edərək dövlətə verdi. Rəis Rəsulzadənin rəssamlığının kökü Məmməd Əmin Rəsulzadəyə gedib çıxır. Çünki o, bayrağımızda 3 möhtəşəm ideyanı elə mükəmməl düzüb ki, onun mahiyyətini anlamadan kimsə bütöv azərbaycanlı ola bilməz. Rəis bəyin həyat yolu ilə tanış olanda insanın nələrə qadir olduğunu nümunə olaraq görə bilirik. Məmməd Əmin Rəsulzadə haqqında müxtəlif böhtanlar səsləndi, amma həyatını diqqətlə izləyəndə görürsən ki, bu insan hansı şəraitdə olur-olsun ziyalılığından geri çəkilməyib. Stalin, Atatürk belə onun ziyalı modeli qarşısında heyrətləniblər. Enişdə belə azacıq da dəyişmədi. Onun varisliyi yaşadılmalıdır”.

Tədbirdə Rəis Rəsulzadənin həyat yoluna həsr edilən qısa video çarx nümayiş etdirilib.

Vasif Həsənli

























RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Dünya prezidentlərinin MAAŞLARI

29 Aprel 2017 09:58

3 nəfərin zorladığı qızın qohumları təcavüzkarlardan birini döyüb öldürdülər

29 Aprel 2017 09:57

Metroda qadına sataşan manyak həbs edildi

29 Aprel 2017 09:56

Cəbhədə gərgin gecə: 9 mərmi atıldı

29 Aprel 2017 09:53

Son turda 4-cülük savaşı

29 Aprel 2017 09:52

Bakıda 3 ay müddətinə həbs edilmiş dustaq İNTİHAR ETDİ

29 Aprel 2017 09:52

Azərbaycanda polis özünü zəhərləyib uşağı xilas etdi

29 Aprel 2017 09:52

Arvadı ilə uşaqlarını öldürüb intihar etdi

29 Aprel 2017 09:52

Qazaxıstan IV İslam Həmrəyliyi Oyunlarında 4 idman növündə təmsil olunacaq

29 Aprel 2017 09:52

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (29.04.2017)

29 Aprel 2017 09:47

Ağdaşda 18 yaşlı oğlan dərman içərək intihara cəhd edib

29 Aprel 2017 09:47

Oğul ilə ata eyni qadına aşiq olarsa - AZƏRBAYCAN FİLMİ - VİDEO

29 Aprel 2017 09:47

Ermənilər minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 120 dəfə pozub

29 Aprel 2017 09:47

Cəbhədən xəbər var

29 Aprel 2017 09:46

ABŞ, İsrail və Rusiya vətəndaşlarına saxta diplomlar verən üç rektor həbs olundu

29 Aprel 2017 09:43

"Yuventus" xal itirdi

29 Aprel 2017 09:42

Azərbaycanda qayınana gəlinini bıçaqladı

29 Aprel 2017 09:42

ABŞ-da uzaq məsafəyə yükdaşıma mədəniyyəti necə formalaşdı? - FOTOLAR

29 Aprel 2017 09:33

Daha bir ölkədə çempion bəlli oldu

29 Aprel 2017 09:32

Çempionun səfər sınağı

29 Aprel 2017 09:27

Marixuana leqallaşdırıldı

29 Aprel 2017 09:18

Deputat: "AŞ PA-nın qərarı Türkiyəyə təzyiq etmək məqsədi güdür"

29 Aprel 2017 09:17

"Real" "Valensiya"nı qəbul edir, Kataloniyada derbi

29 Aprel 2017 09:17

Nobel prospektində yeraltı piyada keçid istifadəyə verilib

29 Aprel 2017 09:12

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

29 Aprel 2017 09:12

Sosial mənzillərə qeydiyyat başlayır: QİYMƏTLƏR, ŞƏRTLƏR, TƏLƏBLƏR

29 Aprel 2017 09:09

Tramp ikinci müddətə prezident seçiləcəyinə əmindir

29 Aprel 2017 09:05

“Lenovo” “Zuk” brendini ləğv edir

29 Aprel 2017 09:05

Azərbaycanlı məmur qızının yeni fotoları yayıldı

29 Aprel 2017 09:05

"Instagram"dan sevindirici xəbər

29 Aprel 2017 09:03

Meksikada marixuana leqallaşdırıldı

29 Aprel 2017 08:57

Galaxy S8+-in ekranının dəyişilməsi neçəyə başa gələcək?

29 Aprel 2017 08:57

Obama 400 min dollar qazandı

29 Aprel 2017 08:57

“Əbu Səyyaf”ın lideri məhv edilib

29 Aprel 2017 08:52

Sergey Brinin gizli və sirli layihəsi

29 Aprel 2017 08:52

"Barselona" və "Real"ın əfsanələri 38 min tamaşaçının qarşısında oyun çıxartdı - VİDEO

29 Aprel 2017 08:48

Qəbələdə və Cəlilabadda yanğın olub

29 Aprel 2017 08:47

“Uber”in uçan taksini nə vaxt təqdim edəcəyi məlum oldu

29 Aprel 2017 08:47

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulacaq

29 Aprel 2017 08:47

Dünya prezidentlərinin aylıq əmək haqqları açıqlandı

29 Aprel 2017 08:42

İlk təhlükəsiz smartfon təqdim edildi

29 Aprel 2017 08:42

Bağdadda partlayış: 6 ölü

29 Aprel 2017 08:37

“Samsung”dan sürücülər üçün yenilik

29 Aprel 2017 08:37

Venesuela rəsmən Amerika Dövlətləri Təşkilatından çıxdı

29 Aprel 2017 08:33

"Skonto" hərraca çıxarılıb

29 Aprel 2017 08:32

"Ağıllı" balış hazırlanıb - VİDEO

29 Aprel 2017 08:32

Şimali Koreya ballistik raketi sınaqdan keçirib

29 Aprel 2017 08:27

“Instagram”da aktiv istifadəçilərin sayı 700 milyonu ötdü

29 Aprel 2017 08:27

Albaniya yeni prezidentini seçib

29 Aprel 2017 08:22

Əlillər üçün yeni qurğu yaradılıb - VİDEO

29 Aprel 2017 08:22