"Ana olmağıma çox əsəbiləşdilər" - Vəfa Zeynalova

"Ana olmağıma çox əsəbiləşdilər" -  Vəfa Zeynalova
13:36 1 Noyabr 2016
256 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan əməkdar artist Vəfa Zeynalova şəxsi həyatı ilə bağlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, aktrisa bildirib ki, heç vaxt erkən yaşda ailə qurmağı arzulamayıb:

"Məndə hər şey birdən-birə alındı. Universitetə qəbul oldum. Dərhal rollar almağa başladım. Həmin dövrdə nişanlandım. Rol aldığım bir filmin çəkilişləri bitənə yaxın ailə həyatı qurdum. Universiteti bitirəndə isə artıq, ana idim.  Mən ailə qurmağa heç vaxt tələsməmişəm. Özüm üçün yaş müəyyən etmişdim. Amma hər şey anidən baş verdi. İdmanla məşğul olub, karyeramı o yöndə qurmaq istəyirdim. Buna baxmayaraq tamam fərqli sahəyə gəldim. Yoldaşımla 2 ilə yaxın dost münasibətində olmuşuq. Sonra ailə qurmağa qərar verdik. Bu ərəfələrdə isə sənətdən uzaqlaşdım. Ana olmağa hazırlaşdığımı deyəndə, rejissorlar mənə çox əsəbiləşirdi. Çünki təklifləri qəbul edə bilmirdim".

V.Zeynalova ana olduqdan sonra yaşadığı çətinliklərdən söz açıb:

"Mən 5 il xəstəxanalarda qaldım. Əkizlərim vaxtından öncə doğuldular, çəkiləri az idi. Çox əziyyət çəkdim, amma şükür ki, əziyyətimin bəhrəsini gördüm. İndi 18 yaşındadırlar. Təhsillərini davam edirlər".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60255

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR