Aktual mövzular: Dollar alış-satışı , Cəbhədə gərginlik, Məzənnə, Hava haqqında, Neftin qiyməti

Rusiya OPEC sammiti ərəfəsində yeni neft yatağını istismara verib

Rusiya OPEC sammiti ərəfəsində yeni neft yatağını istismara verib

OPEC says it, non-OPEC producers in right track to cut oil production (25 February 2017 12:46)
OPEC oil production fell by 1mln barrels per day in January (10 February 2017 16:46)

Date: 1 November 2016 13:42

Bakı. 1 noyabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin neft qiymətlərinin azalmasının qarşısını almaq üçün hasilatın azaldılmasına razılıq verməklə bərabər "LUKoil" şirkətinə məxsus Xəzər dənizində yerləşən neft yatağının istismara başlanılmasına icazə verib. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, Xəzər dənizi şelfində yerləşən "V.Filanovski" neft yatağının istismara verilməsinə videokonfrans rejimində qatılan V.Putin "bu, Rusiya neft-qaz sənayesinin inkişafında ciddi və çox önəmli addımdır" deyib.
Analitiklər bir həftə ərzində 2, son bir ildə isə 4 hasilat layihəsinin işə salınmasını noyabrın 30-da neft hasilatının azaldıması ilə bağlı OPEC-in Vyana sammitində müsbət nəticənin əldə olunmasına şübhələri artırdığını bildirirlər.
Qeyd edək ki, oktyabrın 24-də "LUKoil" şirkəti Arktikanın Rusiyaya aid hissəsində "Pyakyaxinskoe" yatağını istismara verib. Xatırladaq ki, "Filanovski" yatağı "LUKoil"un ölkədə olan ikinci ən böyük yatağıdır. Bu yataqda 2017-ci ildə 4,4 mln. ton (30 mln. barel) neft çıxarılması planlaşdırılır.

Tags:  Rusiya OPEC sammiti ərəfəsində yeni neft yatağını istismara verib


RƏYLƏR


Top news