73 yaşlı piyadanı avtomobil vurdu

73 yaşlı piyadanı avtomobil vurdu
13:52 1 Noyabr 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az report-a istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, rayonun Kürsəngi kənd sakini, 73 yaşlı Ənoğlan Şahbala oğlu Mənsimovu avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralını həmin avtomobilin sürücüsü dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR