Doroxin: "Azərbaycanla Rusiya arasında münasibətlər təbii əsaslar üzərində qurulub"

Doroxin: "Azərbaycanla Rusiya arasında münasibətlər təbii əsaslar üzərində qurulub"
13:52 1 Noyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Rusiya arasında regionlararası münasibətlər təbii əsaslar üzərində qurulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu açıqlamanı bu gün Bakıda işə başlamış VII Azərbaycan-Rusiya regionlararası forumda çıxışı zaman Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin verib.

Səfirin sözlərinə görə, regional münasibərtlər hər iki ölkənin qarşılıqlı maraqlarını əks etdirir.

V.Doroxin bu cür forumların iki ölkə arasında hökumətlərarası səviyyədə həlli mümkün olmayan məsələlərin həll olunmasında böyük rol oynadığını da vurğulayıb.

Qeyd edək ki, bu gün Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayıb.

Forumda Azərbaycanın və Rusiyanın dövlət və hökumət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edirlər.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub.

Sonra Rusiya Prezidenti Administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov tərəfindən prezident Vladimir Putinin məktubu oxunub.

Forum çərçivəsində plenar iclas, sənaye, turizm, aqrar, humanitar sahələr üzrə "dəyirmi masa"lar və Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/485228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR