Uzunömürlü milli məşqçiləri: Foqtsun düşə bilmədiyi siyahı

Uzunömürlü milli məşqçiləri: Foqtsun düşə bilmədiyi siyahı
14:05 1 Noyabr 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya yığmasının baş məşqçisi Yoahim Löv bu yaxınlarda federasiya ilə yeni müqavilə imzalayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 10 ildir Bundestimin "sükanı arxası"nda olan Löv ən azı daha 4 il komandanı çalışdıracaq.

Klublardan fərqli, yığma komandalarda uzunömürlü məşqçilərin sayı kifayət qədərdir. Löv də Almaniya millisində 10 ili tamamlamaqla onların arasına qoşulub. UEFA rəsmi saytı vasitəsilə yığma komandaları 10 ildən çox çalışdırmış mütəxəssislərin siyahısını yayımlayıb.
 
 
Vittorio Potso (İtaliya, 1929-1948) - 19 il
Potso 1912 və 1924-cü illərdə keçirilən Olimpiadalarda İtaliya millisində çalışıb. 1929-cu ildə isə komandanın baş məşqçisi təyin edilib. 1934 və 1938-ci illərdə "Skuadra Adzurra"ya dünya çempionluğunu qazandırıb. 1968-ci ildə İngiltərədə vəfat edib.
 
Uqo Maysl (Avstriya, 1919-1937) - 18 il
Avstriya futbol tarixinin ən rəngarəng mütəxəssislərindən sayılan Maysl əfsanəvi yığma komandanın memarı olub. 1937-ci ildə Avstriya Futbol Federasiyasının baş katibi vəzifəsinə təyin edilsə də, həmin il dünyasını dəyişib.
 
Pol Filipp (Lüksemburq, 1985-2001) - 16 il
Futbolçu karyerası elə də zəngin olmayıb. Yığmada 54 matçda iştirak etmiş Filipp 35 yaşında Lüksemburq millisinin baş məşqçisi postuna gətirilib. AÇ-1996-nın seçmə mərhələsində onun rəhbərlik etdiyi Lüksemburq yığması 3 qələbə qazanaraq, rekorda imza atmışdı. Hazırda isə Lüksemburq Futbol Federasiyasına rəhbərlik edir.
 
Uolter Uinterbottom (İngiltərə, 1946-1962) - 16 il
Uinterbottom İngiltərə millisinin ən gənc baş məşqçisi kimi hələ də tarixdə qalır. Onun zamanında komanda 4 dəfə dünya çempionatının final mərhələsinə vəsiqə əldə edib. 2002-ci ildə vəfat edən mütəxəssis futbolçu kimi formasını geyindiyi "Mançester Yunayted"ə də taktiki təhlillərdə yardım edib.
 
Morten Olsen (Danimarka, 2000-2015) - 15 il
Danimarka millisində 100-dən çox oyunda iştirak etmiş Olsen iki Avropa çempionatında millinin kapitan sarğısını daşıyıb. Məşqçi kimi isə komandanı 2 dünya və 2 Avropa çempionatına aparıb. 2004-cü ildə qitə birinciliyində Danimarka millisini 1/4 final mərhələsinə qədər daşıyıb.
 
Campaolo Matsa (San-Marino, 1998-2013) - 15 il
San-Marino millisi beynəlxalq turnirlərdə yeganə xalını məhz onun rəhbərliyi altında qazanıb. Bu, DÇ-2002-nin seçmə mərhələsində Latviya ilə səfər matçında (1:1) baş tutub. San-Marino yığması ilk qalibiyyətini isə 2004-cü ildə yoldaşlıq görüşündə Lixtenşteyn üzərində əldə edib.
 
Bob Qlendenninq (Hollandiya, 1925-1940) - 15 il
Futbolçu karyerası vətəni İngiltərədə keçən Qlendenninq 1934 və 1938-ci illərdə Hollandiya millisini baş məşqçi kimi dünya çempionatına aparıb. İkinci Dünya Müharibəsi zamanı postundan ayrılan mütəxəssis 1940-cı ildə 52 yaşında vəfat edib.
 
Digər məşqçilər
Helmut Şen (Almaniya Federativ Respublikası, 1964-1978) - 14 il
Zepp Herberger (Almaniya Federativ Respublikası, 1950-1964) - 14 il
Billi Binem (Şimali İrlandiya, 1980-1994) - 14 il
Gi Tis (Belçika, 1976-1989) - 13 il
Olavi Laksonen (Finlandiya, 1962-1974) - 12 il
Zepp Piontek (Danimarka, 1979-1990) - 11 il
Olf Remsi (İngiltərə, 1963-1974) - 11 il
Corc Buşner (Almaniya Demokratik Respublikası, 1970-1981) - 11 il
Enzo Birzot (İtaliya, 1975-1986) - 11 il
Peter Doherti (Şimali İrlandiya, 1951-1962) - 11 il
Joze Mariya Matos (İspaniya, 1922-1933) - 11 il
Yoahim Löv (2006-) - 10 il
David Rodriqo (Andorra, 1999-2009) - 10 il
 
Qeyd edək ki, Azərbaycan millisinin ən uzunömürlü baş məşqçisi Berti Foqts olub. Almaniyalı mütəxəssis 6 il yarım (2008-2014) komandamızı çalışdırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR