Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yaşasaydı, 38 yaşı olacaqdı - Şəhid pilotun ad günüdür - FOTO

Yaşasaydı, 38 yaşı olacaqdı - Şəhid pilotun ad günüdür - FOTO

Date: 1 November 2016 14:12

Bu gün aprel döyüşlərində şəhid olan pilot, mayor Urfan Vəlizadənin doğum günüdür.

Milli.Az azvision.az-a istinadən bildirir ki, şəhid pilot 1978-ci ildə anadan olub. O, 1995-ci ildə orta məktəbi bitirəndən sonra sənədlərini Türkiyədə Hava Hərbi məktəbinə verib. 2000-ci ildə təhsilini başa vurduqdan sonra 6 ay İstanbulda işləyib. Vətənə döndükdən sonra 2005-ci ilə qədər Kürdəmirdə fəaliyyətini davam etdirib. 

Urfan daha sonra ixtisasını hərbi helikopter üzrə təkmilləşdirib. Bu sahə üzrə çalışan Mİ-24 helikopterinin pilotu Urfan Vəlizadə bu ilin aprel ayında baş verən döyüşlərdə Mİ-24 helikopterinin vurulması nəticəsində şəhid olub.

Qeyd edək ki, şəhid pilotumuz 11 aprel 2016-cı ildə Bakı şəhərindəki II Fəxri xiyabanda dəfn olunub.

Şəhid pilotun iki qız övladı yadigar qalıb.

Milli.Az







Tags:  Yaşasaydı 38 yaşı olacaqdı Şəhid pilotun ad günüdür FOTO

RƏYLƏR


Top news