Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Uşaqlarımızın saf zehinlərini internetdən necə qoruyaq? - FOTO

Uşaqlarımızın saf zehinlərini internetdən necə qoruyaq? - FOTO

Date: 1 November 2016 14:12

İnternetdən istifadə müasir dövrün başlıca tələblərindən biridir. Böyüklərlə yanaşı, uşaqların da internetdən istifadəsi artıq normal bir hal kimi qarşılanır. Hətta bir çox evdə uşaq danışmağa başlamazdan əvvəl ağıllı telefonlardan, planşetlərdən istifadə etməyi öyrənir. Əksər valideynləri isə narahat edən bir sual var: İnternetin mənfi təsirindən uşaqların saf beyinlərini necə qoruyaq? Ancaq çox az valideyn bilir ki, Azərbaycanda uşaqlar üçün etibarlı bir internet portalı - "Cırtdan.TV" fəaliyyət göstərir.

Milli.Az bildirir ki, layihənin rəhbəri İlkin Haqverdiyev yeniavaz-a açıqlamasında "Cırtdan.Tv"nin artıq 3 ildir fəaliyyət göstərdiyini qeyd etdi: ""Cırtdan.TV" 2013-cü ildə fəaliyyətə başlayıb. Uzun müddət bu sahədə boşluq hiss olunurdu. Biz də düşündük ki, həm valideynlərin, həm də uşaqların faydalana biləcəyi bir layihə başladaq". 

İ.Haqverdiyev bildirdi ki, saytda uşaqların bilik və bacarıqlarını artırmaları, intellektual səviyyələrini inkişaf etdirmələri və əlbəttə ki, əylənmələri üçün geniş imkanlar var: "Saytımızda geniş tərbiyəli xarakterli materiallardan istifadə edərək övladlarınızın bilik və bacarıqlarını artıraraq, mənəviyyatına, tərbiyəsinə və sosial fəaliyyətinin inkişafına böyük təsir göstərə bilərsiniz. "Cırtdan.TV" portalında uşaqlar dünyəvi əxlaqa zidd olmayan cizgi filmləri və filmlər izləyə, "Oyunlar", "Testlər", "Birlikdə öyrənək", "Audio kitablar", "Nağıllar" və "Laylalar" kimi bölmələrin vasitəsilə vaxtlarını daha faydalı keçirə bilərlər. Həmçinin "Cırtdan.TV" portalında "Analar üçün" bloq səhifəsində analar hamiləlik, körpəyə qulluq, uşaqlar və tərbiyə, valideynlərə məsləhət bölmələrindən də istifadə etmə imkanına sahibdirlər". 

Qeyd edək ki, "Cırtdan.TV" saytına aşağıdakı linklərdən daxil ola bilərsiniz:

http://cirtdan.tv
http://cirtdan.net

Milli.Az





Tags:  Uşaqlarımızın saf zehinlərini internetdən qoruyaq FOTO

RƏYLƏR


Top news