Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

45 yaşlı Əmrah acı xatirələrindən danışdı FOTOLAR

45 yaşlı Əmrah acı xatirələrindən danışdı FOTOLAR

Date: 1 November 2016 14:18

Əmrah oğlu Elyesa və 6 aylıq hamilə olan həyat yoldaşı Sibel Ərdoğanla birlikdə “Esquire” jurnalına müsahibə verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı Əmrah Ərdoğan müsahibədə kiçik yaşda qazandığı populyarlığı və uzun müddətdir ki, üzünü hamıdan gizlətdiyi oğlu haqqında danışıb: “Oğlum gələcəkdə “Ata, sən niyə kiçik yaşda məşhur oldun?” desə necə cavab verəcəyimi bilmirəm. Mən məşhurluqdan şikayət etmirəm. Sadəcə, uşaq yaşda məşhur olmağı mən seçməmişəm. Bəzi məmələlər öz-özünə inkişaf edib. Oğluma 14-20 yaşında nələr yaşadığımı izah etmək istəyirəm. Əminəm ki, çox sual verəcək və bu suallarla cavab verməkdə çətinlik çəkəcəyəm".

Aktyor keçmişini heç vaxt unutmadığını da xüsusi vurğulayıb: "Oğluma Diyarbəkirin Guleman kəndində bir xəstəxananın yanındakı bir otaqlı evdə anası ilə yaşayan uşağın həyatından bəhs etmək istərdim. Qar yağan zaman qardan dolayı pəncərənin örtüldüyünü, buna görə içərinin qaranlığa büründüyünü və o uşağın içəriyə işıq düşməsi üçün qarları itələməyə çalışdığı anları danışardım. Yəni, atasının haradan gəldiyini, keçmişini unutmadığını bilməsini istəyirəm. Mübarizə apardığımı, özümə olan inamımı itirmədiyimi anlaması yaxşı olar. Yeni doğulacaq qızıma da danışmalı əhvalatlar çoxdur. Mən həqiqətən uşaqlığımı yaşamadım. Həqiqət də göz önündədir. Həyatım gözlərinizin önündə keçib və siz mənim nələr yaşadığımı çox yaxşı bilirsiniz".

Aytən




Tags:  yaşlı Əmrah acı xatirələrindən danışdı FOTOLAR

RƏYLƏR


Top news