"Dağıstanda elə məhsullar istehsal olunur ki, Azərbaycan onları başqa ölkələrdən 3 dəfə baha alır"

"Dağıstanda elə məhsullar istehsal olunur ki, Azərbaycan onları başqa ölkələrdən 3 dəfə baha alır"
14:32 1 Noyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağıstanla Azərbaycan arasında kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı Nəqliyyat Logistika Mərkəzinin yaradılmasına dair bir sıra sənədlər hazırlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiyanın Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov deyib.
 
"Dağıstanda elə məhsullar istehsal olunur ki, Azərbaycan onları başqa ölkələrdən 3 dəfə baha alır. Ona görə də əməkdaşlıq üçün perspektivlər böyükdür. Əməkdaşlığımız dövlətlərarası səviyyədə yaxşı inkişaf edir. Lakin regionlararası səviyyədə hələlik zəif işləyirik. Hər iki ölkədən regional nümayəndəliklərin sayı artmalıdır", - deyə o vurğulayıb.
 
Dağıstan rəhbəri turizmin də zəif inkişaf etdiyini qeyd edib: "Biz regionlararası turizm potensialından demək olar ki, istifadə etmirik. Turistlərin səfərləri və hava rabitəsi üzərində işləyirik. Sadəcə aviaşirkətlər ilk aydan gəlir əldə etmək istəyir". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/485246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR