Ukrayna Azərbaycanın gömrük sistemində tətbiq olunan innovasiyalarla maraqlanır

Ukrayna Azərbaycanın gömrük sistemində tətbiq olunan innovasiyalarla maraqlanır
14:37 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Bakıda səfərdə olan Ukrayna Dövlət Fiskal Xidmətinin sədr müavini, Gömrük Xidməti rəhbərinin səlahiyyətlərini icra edən Miroslav Prodanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanın iki ölkənin gömrük xidmətləri arasında qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran A.Əliyev bu baxımdan tərəflər arasında əlaqələrin inkişafı və inteqrasiyanın vacibliyini bildirib.
M.Prodan Azərbaycan gömrük sisteminin, xüsusilə informasiya texnologiyalarının tətbiqi ilə bağlı təcrübəsinin onlarda böyük maraq doğurduğunu və bu təcrübədən yararlanmaq təşəbbüsünü diqqətə çatdırıb: “Azərbaycanın gömrük xidməti innovasiya layihələrinin tətbiqi, gömrük prosedurlarının sadələşdirilməsində yeni metod və texnologiyalardan istifadə edilməsi, xüsusən elektron gömrük xidmətləri üzrə həyata keçirilən layihələri ilə nəinki region, həm də Avropa miqyasında qabaqcıl təcrübəyə malikdir”.
Görüşdə eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Görüş başa çatdıqdan sonra isə Ukrayna nümayəndə heyəti DGK-da gömrük xidmətinin müasirləşdirilməsilə bağlı layihələr və “Hədəf” Mərkəzi ilə tanış olub. Bildirilib ki, BMT İnkişaf Proqramının DGK-nın təkmilləşdirilməsi layihəsi üzrə yaradılan Mərkəzin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 1 000-dək kamera vasitəsilə birbaşa Mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir.


Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/ukrayna-azerbaycanin-gomruk-sisteminde-tetbiq-olunan-innovasiyalarla-maraqlanir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR