20 yaşlı Kənanın bütün Azərbaycanı aldatması ilə bağlı açıqlama

20 yaşlı Kənanın bütün Azərbaycanı aldatması ilə bağlı  açıqlama
14:46 1 Noyabr 2016
128 Şou
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl ABŞ-ın NASA kosmik agentliyinə dəvət alması ilə bağlı gündəmə gələn həmyerlimiz 20 yaşlı Kənan Əhmədlinin yalan danışdığı məlum olub.

Axşam.az xəbər verir ki, Kənan AzərTac-a müsahibəsində robot hazırlama üzrə təcrübə proqramını qazandığını və hazırladığı “Mələk beyni” adlı konsepsiyasının bəyənildiyini iddia etmişdi.

Bu gün isə AzərTac sözügedən gənclə bağlı NASA-nın ictimaiyyətlə əlaqələr depatamentinə göndərdiyi sorğunun cavabını yayımlayıb. Məlum olub ki, 20 yaşlı Kənan hamını aldadıb. 

Qurumun ictimiyyətlə əlaqələr depatamentinin əməkdaşı Sarah Ramsey Kənan Əhmədlinin NASA-nın kataloqunda qeydiyyatda olmadığını bildirib:

“Əlavə olaraq qeyd edək ki, NASA ABŞ vətəndaşı olmayan vətəndaşları yalnız o zaman təcrübəçi kimi qəbul edir ki, şəxsin yaşadığı ölkədəki tədqiqat institutu ilə müqaviləmiz olsun. Hazırda bizim Azərbaycanla razılaşmamız yoxdur, buna görə də oradan tərcübəçi qəbul edə bilmərik”.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR