Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda 3 nəfər yük maşınının altında qaldı

Azərbaycanda 3 nəfər yük maşınının altında qaldı

Körpü uçdu - Avtomobillər dağıntılar altında qaldı (09 Mart 2017 21:43)
Dağ xizəkçiləri qar uçqununun altında qaldı - 4 ölü, 4 yaralı (03 Mart 2017 03:18)
9 nəfər qar uçqunu altında qaldı (13 Fevral 2017 16:32)

Tarix: 1 Noyabr 2016 14:47

Quba rayonunda 3 piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Quba-Ərməki kənd yolunda qeydə alınıb. "QAZ 66" markalı avtomobil yolda dayanan 3 nəfəri vurub. Həmin şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Ərməki kənd sakinləri, 1967-ci il təvəllüdlü Daşdəmirov Mübariz Yadigar oğlu, 1973-cü il təvəllüdlü Mehrəliyev Rəsul Hafiz oğlu və 1962-ci il təvəllüdlü Süleymanov İdris Xalid oğludur.

Məlumata görə, xəsarət alanlar yolda nasaz olan avtomobili təmir etmək istəyirmişlər. 
 
Faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Milli.Az


Teqlər:  Azərbaycanda nəfər yük maşınının altında qaldı



RƏYLƏR


Top xəbərlər