Sarkisyan seçkilərin nəticələrini tanımayacaq

Sarkisyan seçkilərin nəticələrini tanımayacaq
14:48 1 Noyabr 2016
111 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyan 2018-ci ilin aprelinə qədər öz səlahiyyətlərini saxlayacaq.

Publika.az “news.am” saytına istinadən xəbər verir ki, bu haqda Ermənistan prezident aparatının rəhbəri Armen Qevorkyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistanın parlament idarəçiliyinə keçməsi Serj Sarkisyanın səlahiyyətlərində əks edilməyəcək.

“Yeni Konstitusiya üzrə parlament seçkiləri 2017-ci ilin aprelində keçiriləcək. Amma Ermənistan prezidenti vəzifə müddətinin sonuna kimi, yəni 2018-ci ilin aprelinə kimi indiki bütün səlahiyyətlərini saxlayacaq. Bununla barışın”, - Qevorkyan deyib.

Qeyd edək ki, Sarkisyan 2008-ci ilin fevralından bu postdadır. Ermənistanda parlament idarəçiliyinə keçidlə bağlı referendum 2015-ci il dekabrın 6-da keçirilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR