Avropanın həsəd apardığı bombardir

Avropanın həsəd apardığı bombardir
14:52 1 Noyabr 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

Avropanın milli çempionatlarının ən məhsuldar futbolçularının siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qitənin ən yaxşı bombardirlərinin orta hesabla hər qola neçə dəqiqə sərf etdiyi üzə çıxarılıb.

Bu hesablama ilə Topaz Premyer Liqasının bombardiri Baqali Dabo Avropanın 1-cisidir. "Qəbələ"nin fransalı hücumçusu vurduğu 7 qolu meydanda olduğu 451 dəqiqədə rəqib qapılarından keçirib.
 
Dabonun hər qoluna orta hesabla, yuvarlaqlaşdırsaq, 64 dəqiqə vaxt lazım gəlib. Belə göstəriciyə isə bütün Avropa həsəd apara bilər.
 
2-ci pillədə Klaudiu Keşeru qərarlaşıb. "Lüdoqorets"in futbolçusu hər 68 dəqiqədən bir fərqlənib. Siyahıda yer alan məşhur simalardan Edinson Kavani 77, Lionel Messi 82 dəqiqədən bir qol vurmağa müvəffəq olub.
 
Ümumilikdə isə yalnız 10 futbolçunun məhsuldarlığı hər 90 dəqiqəyə 1 qol vurmasına imkan verir. Bu cədvəldə "Böyük beşlik" çempionatlarının ən yaxşı təmsilçisi Antoni Modestedir. "Köln"ün üzvü hər 70 dəqiqəyə qol vurub.
 
1. Bagali Dabo ("Qəbələ", Azərbaycan) - 64 dəqiqə
2. Klaudiu Keşeru ("Lüdoqorets", Bolqarıstan) - 68
3-4. Antoni Modeste ("Köln", Almaniya) - 70
Musa Mareqa ("Gimaraynş", Portuqaliya) - 70
5. Edinson Kavani (PSJ, Fransa) - 77
6-7. Lionel Messi ("Barselona", İspaniya) - 82
Matt Derbişir ("Omoniya", Kipr) - 82
8-9. Edin Dzeko ("Roma", İtaliya) - 88
Saba Lobjanidze ("Çixura", Gürcüstan) - 88
10. Deni Alar ("Şturm", Avstriya) - 89

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR