“WhatsApp”-dan MÜHÜM YENİLİK: GÜNÜN SONUNA KİMİ...

“WhatsApp”-dan MÜHÜM YENİLİK: GÜNÜN SONUNA KİMİ...
14:53 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Uzun müddətdir “WhatsApp” üçün video zəng xüsusiyyəti gözlənilirdi.

Publika.az Technote.az-a istinadən xəbər verir ki, beta versiyadan uğurla çıxan xüsusiyyət artıq məşhur tətbiqin tam versiyasında yerini alıb. Artıq WhatsApp vasitəsilə video zənglər edə biləcəksiniz.

Skype, Google Hangouts və FaceTime tətbiqlərində olduğu kimi video konfrans edilə bilməsinə şərait yaradan WhatsApp video zəng xüsusiyyəti, sınaq mərhələsindən sonra tətbiqə əlavə edildi.

WhatsApp-da video zəng edərkən, eynilə səsli zəngdə olduğu kimi bir yol izləyirsiniz və zəng etmək istədiyiniz şəxs ilə söhbətə daxil olaraq Görüntülü Arama-nı seçirsiniz. Hazırda bütün istifadəçilərə yavaş-yavaş gələn bu yenilənmənin, günün sonuna qədər hərkəs üçün aktiv olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/174321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR