Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

NASA azərbaycanlı Kənan Əhmədlinin bu qurumun kataloqunda qeydiyyatda olmadığını açıqlayıb

NASA azərbaycanlı Kənan Əhmədlinin bu qurumun kataloqunda qeydiyyatda olmadığını açıqlayıb

NASA-nın yad planetdə həyat axtaran robotu - VİDEO (16 Mart 2017 07:14)
NASA bütün dünyanı şoka salan AÇIQLAMA yaydı (23 Fevral 2017 11:42)
NASA-dan YENİ AÇIQLAMALAR: Marsa qar yağdı, 3 planetdə həyat tapıldı (23 Fevral 2017 00:44)

Tarix: 1 Noyabr 2016 14:57

Bakı. 1 noyabr. REPORT.AZ/ NASA azərbaycanlı Kənan Əhmədlinin bu qurumun kataloqunda qeydiyyatda olmadığını açıqlayıb.
“Report”un xəbərinə görə, bu barədə NASA-nın İctimiəyyətlə əlaqələr depatamentinin əməkdaşı Sarah Ramsey AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib.
“Əlavə olaraq qeyd edək ki, NASA ABŞ vətəndaşı olmayan vətəndaşları yalnız o zaman təcrübəçi kimi qəbul edir ki, şəxsin yaşadığı ölkədəki tədqiqat institutu ilə müqaviləmiz olsun. Hazırda bizim Azərbaycanla razılaşmamız yoxdur, buna görə də oradan tərcübəçi qəbul edə bilmərik”, - deyə cavabda bildirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl ölkə KİV-lərində K.Əhmədlinin NASA-da praktika keçmək üçün ABŞ-a getməyə hazırlaşdığı barədə məlumat yayılmışdı. K.Əhmədli isə bu barədə bir neçə televiziya kanalına müsahibə də verib.

Teqlər:  NASA azərbaycanlı Kənan Əhmədlinin bu qurumun kataloqunda qeydiyyatda olmadığını açıqlayıb



RƏYLƏR


Top xəbərlər