"Bank Standard"ın 2 filialı bankın baş ofisinə köçürülüb

"Bank Standard"ın 2 filialı bankın baş ofisinə köçürülüb
15:02 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Lisenziyası ləğv olunmuş "Bank Standard" QSC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Bankın "8-ci" və "Mərdəkan" filiallarının əmanətçilərinə, eləcə də borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə müraciət edib. Bu barədə "Report" ADİF-ə istinadən xəbər verir.
Məlumata görə, müraciətdə deyilir ki, bu gündən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 54 ünvanında yerləşən “8-ci” filial, eləcə də Bakı şəhəri, Mərdəkan qəsıbəsi, Xəzər rayonu, Sergey Yesenin küçəsi, ev 10a ünvanında yerləşən “Mərdəkan” filialı "Bank Standard"ın Bakı şəhəri, Azərbaycan prospekti 4 ünvanında yerləşən baş ofisinə köçürülüb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/bank-standard-in-2-filiali-bankin-bas-ofisine-kocurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR