Azərbaycanda kino sənayesi avadanlıqlarının idxalı 3 il müddətinə rüsumlardan azad ediləcək

Azərbaycanda kino sənayesi avadanlıqlarının idxalı 3 il müddətinə rüsumlardan azad ediləcək
15:17 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycanda kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalı 3 il müddətinə rüsumlardan azad ediləcək.
“Report” xəbər verir ki, bununla bağlı layihə Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.
“Gömrük tarifi haqqında” qanuna əlavə edilən 20.0.20-ci maddəyə əsasən, milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texniaksının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə rüsumlardan azad ediləcəklər.
Bundan başqa, Vergi Məcəlləsinə əlavə edilən 106.1.18-ci maddəyə görə isə milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında kino texniaksının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalında 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azaddırlar.
Məcəlləyə əlavə edilən digər 164.1.36 maddəyə görə yuxarıda qeyd olunanlar qeyd olunan müddətə vergi ödəməkdən də azad edilirlər.
Vergi Məcəlləsinə əlavə edilən 106.1.18-ci maddəyə görə isə milli film istehsalçıları müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında milli filmlərin istehsalı və satışından əldə etdiyi mənfəətin 50 faizi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/azerbaycanda-kino-senayesi-avadanliqlarinin-idxali-3-il-muddetine-rusumlardan-azad-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR