Bu avtobusa kartsız minmək olmayacaq

Bu avtobusa kartsız minmək olmayacaq
15:18 1 Noyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində 15 marşrut xətti üzrə avtobuslarda ödəniş vahid kart sistemi ilə həyata keçirilir. Bu gündən daha bir marşrut xətti üzrə də vahid ödəmə kart sisteminə keçid təmin edilib.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, 88 saylı marşrut xəttindən istifadə edən sərnişinlər bu gündən gediş haqqını Bakı Kart vasitəsi ilə ödəyir. Vahid ödəmə kart sisteminə keçidlə əlaqədar olaraq 88 saylı marşrut xətti üzrə 30 avtobusda validatorlar quraşdırılıb. Həmçinin şərnişinlərin Bakı Kartı rahat şəkildə əldə edə bilməsi, eləcə də kartda müəyyən məbləğ yükləməsini asanlaşdırmaq üçün 88 saylı marşrut xəttinin hərəkət trayektoriyası üzərindəki bütün dayanacaqlarda ödəmə terminalları qoyulub. İlk günlər sərnişinlərin təlimatlandırılması və yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədi ilə daşıyıcı şirkətin əməkdaşları dayanacaqlarda sərnişinlərlə iş aparacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/174326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR