Rusiyadan xəbərdarlıq: “Qarabağı
itirəcəksiniz”
“Rusiya Ermənistanda informasiya müharibəsində Qərbə məğlub
olur”.
Publika.az xəbər verir ki, bu barədə Avrasiya İqtisadi İttifaqı
İnstitutunun direktoru Vladimir Lepexin deyib.
Onun sözlərinə görə, Qərb informasiya müharibəsində böyük pullar
xərcləyir: “Bütün strukturlar bir hədəfə işləyir: mədəni
assimilyasiya. Ermənistan buna təslim olaraq, qərb sivilizasiyasına
söykənərsə, nəticələr ağır olacaq. Hər şeydən əvvəl bu Qarabağın
itirilməsi ilə nəticələnəcək. Mən hələ vətəndaş müharibəsinin
başlanmasını demirəm. Hesab edirəm ki, Ermənistan müstəqil dövlət
olmaq üçün Rusiyaya söykənməlidir”.
Lepexin qeyd edib ki, hazırki vəziyyətdə Qərbin erməni cəmiyyətinə
təsiri daha güclüdür.
“Mümkündür ki, Ermənistan Qərbin güclü təzyiqi ilə qarşılaşacaq.
Gənclər demokratiya uğrunda mübarizəyə başlayacaqlar. Tamamilə
mümkündür ki, böhran vəziyyət yaranacaq. Ermənistan şok yaşayacaq.
Məhz bu situasiyada Rusiyanın vacibliyi üzə çıxacaq”, - deyə o
bildirib.
Asif