AFFA "İnter"lə "Kəpəz"i cəzalandırdı

AFFA "İnter"lə "Kəpəz"i cəzalandırdı
15:27 1 Noyabr 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının X turunun matçlarında yaşananlar müzakirə olunub.

"Zirə" - "Kəpəz" oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimə olunublar. Qarşılaşmanın 70-ci dəqiqəsində "Kəpəz"in futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat ziyana düşüb.

"İnter" - "Sumqayıt" matçının 83-cü dəqiqəsində meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. Meydan sahibləri oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimələnib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/485227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR