Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Standard Leasing" "Bank Standard"ın bağlanmasından əziyyət çəkir

"Standard Leasing" "Bank Standard"ın bağlanmasından əziyyət çəkir

Date: 1 November 2016 15:27

Bakı. 1 noyabr. REPORT.AZ/ "Standard Leasing" MMC "Bank Standard" QSC-nin lisenziyasının ləğv edilməsindən əziyyət çəkir. 
Bu barədə "Report"a açıqlamasında şirkətin maliyyə və marketinq şöbəsinin rəisi, həm də baş mühasibi Nizami Qasımov məlumat verib.
"Şirkətimiz fəaliyyət göstərmək üçün maliyyə vəsaitini "Bank Standard"dan cəlb edirdi. Amma son aylar bankın maliyyə vəziyyəti pisləşdi və lisenziyası ləğv olundu. Buna görə də, lizinqin maliyyələşdirilməsi ilə bağlı fasilə yarandı və hazırda "Standard Leasing" faktiki fəaliyyət göstərmir" - N.Qasımov deyib.
Baş mühasib şirkətin fəaliyyətinin bərpa olunması üçün atılacaq addımların hələ məlum olmadığını söyləyib. O, "Standard Leasing"in digər lizinq şirkətləri kimi istiqraz buraxmaq yolu ilə vəsait cəlb etmək planının olmadığını da bildirib.
Xatırladaq ki, "Standard Leasing" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,015 mln. manatdır. Şirkətin təsisçiləri 99,998%-lik payla "AB Standard" QSC-yə daxil olan "Standard Kapital" MMC (qiymətli kağızlar bazarındakı yeni qaydalarla əlaqədar fəaliyyətini dondurub) və 0,002%-lik payla adı çəkilən holdinqdir. Bu şirkətlər qrupunun səhmləri 100% sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsusdur.

Tags:  Standard Leasing Bank Standardın bağlanmasından əziyyət çəkir


RƏYLƏR


Top news