Mediada ən çox müzakirə olunan DÖVLƏT KOMİTƏSİ – MONİTORİNQ

Mediada ən çox müzakirə olunan  DÖVLƏT KOMİTƏSİ – MONİTORİNQ
15:33 1 Noyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin oktyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

13569879_1385639481453409_51344090_o-300x901-300x90

Publika.az Media Təqib Mərkəzinə istinadən dövlət komitələri ilə bağlı oktyabr ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin oktyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 9643 xəbər yerləşdirilib. Bunlardan 224-ü mənfi, 923-ü müsbət və 8496-sı isə neytral xəbərlərdir. Müsbət xəbərlərlər Dövlət Gömrük Komitəsi (763 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (96 xəbər – komitə qanun pozuntuları aşkarladı) və Əmlak Məsələləri Dövlət Komitəsinə (64 xəbər – torpaqların qanunazidd istifadəsi hallarını aşkar edib) məxsusdur.

Xəbər sayına görə sıralama:

1.Dövlət Gömrük Komitəsi 2294 xəbər
2. Dövlət Statistika Komitəsi 1991 xəbər
3. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 1714 xəbər
4. Əmlak Məsələləri Dövlət Komitəsi 1227 xəbər
5.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 589 xəbər
6.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 586 xəbər
7.Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 468 xəbər
8.Diasporla İş üzrə Dövlət Komitəsi 433 xəbər
9.Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 183 xəbər
10.Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 110 xəbər
11. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 48 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 1185 xəbər dərc edilib. Bu xəbərlərdən 1121-i neytral, 63-ü müsbət, 1-i isə mənfidir. Müsbət xəbərlər Dövlət Gömrük Komitəsi (54 xəbər – gömrükdən icazəsiz məhsulların keçirilməsinin qarşısını alıb), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (5 xəbər – komitə qanun pozuntuları aşkarladı) və Əmlak Məsələləri Dövlət Komitəsinə (4 xəbər – torpaqların qanunazidd istifadəsi hallarını aşkar edib) məxsusdur.

Xəbər sayına görə sıralama:

1.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 278 xəbər
2.Dövlət Gömrük Komitəsi 262 xəbər
3.Dövlət Statistika Komitəsi 225 xəbər
4.Əmlak Məsələləri Dövlət Komitəsi 152 xəbər
5.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 97 xəbər
6.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 60 xəbər
7.Diasporla İş üzrə Dövlət Komitəsi 54 xəbər
8.Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 48 xəbər
9.Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 4 xəbər
10.Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 4 xəbər
11.Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 1 xəbər

Oktyabr ayında televiziya kanallarında komitələr haqqında 385 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1.Dövlət Gömrük Komitəsi 102 xəbər
2.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 95 xəbər
3.Əmlak Məsələləri Dövlət Komitəsi 50 xəbər
4.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 49 xəbər
5.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 39 xəbər
6.Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi 38 xəbər
7.Dövlət Statistika Komitəsi 11 xəbər
8.Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 1 xəbər

Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/174330.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR