Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Həkimlərdən xəbərdarlıq: Lifli hamam kisələrindən istifadə etməyin!

Həkimlərdən xəbərdarlıq: Lifli hamam kisələrindən istifadə etməyin!

Date: 1 November 2016 15:38

İnsanın stressini duşdan başqa nə ata bilər və orqanizmi hamam kisəsi ilə masajdan daha yaxşı nə canlandıra bilər?

сетчатая мочалка для тела

Publik.az xarici mətbuata istinadən xəbər verir ki, dünya həkimləri və dermatoloqları bununla razılaşmağa tələsmir. Aparılan araşdırmalarda məlum olub ki, lifli hamam kisələri orqanizmə xeyirdən çox zərər verir.

сетчатая мочалка для тела

“Journal of Clinical Microbiology” elmi və tibbi jurnalında çıxan məqaləyə görə, adi torlu və lifli hamam kisələri bakteriyaların çoxalması üçün münbit şərait yaradır. Axı bizim əksəriyyətimiz duş qəbul etdikdən sonra kisəni rütubətli və isti mühitdə saxlayırıq. Bu da mikroorqanizmlərin yaranmasına və inkişafına gətirib çıxarır.

сетчатая мочалка для тела

Nəticə etibarı ilə növbəti dəfə kisələnəndə bakteriyalar dəriyə hopur. Bu da müxtəlif növ dəri iltihablarına səbəb olub. Məşhur dermatoloqu Metyu Nayt və onun həmkarlarının 98 faizi məsləhət görür ki, lifli hamam kisələrindən bir aydan çox istifadə etmək olmaz.

Odur ki, sevimli aksessuarı bakteriya yuvasına çevirməmək üçün onu duşdan sonra hamamdan kənarda qurudun və vaxtaşırı dəyişdirin.

Aytən


Tags:  Həkimlərdən xəbərdarlıq Lifli hamam kisələrindən istifadə etməyin

RƏYLƏR


Top news