İyirmi yaşlı "Şərq"in baş redaktoru: "Qəzetimizi daha yaxşı formatda nəşr etməyə çalışırıq"

İyirmi yaşlı "Şərq"in baş redaktoru: "Qəzetimizi daha yaxşı formatda nəşr etməyə çalışırıq"
15:42 1 Noyabr 2016
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ "Azərbaycanın çap mətbuatında 20 il ömür sürmək böyük fədakarlıqdır".
Bunu "Report"a açıqlamasında yaranmasının 20 ili tamam olan "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib.
O bildirib ki, "Şərq" qəzetinin 20 illik fəaliyyəti Azərbaycan üçün böyük uğurdur: "Təbii ki, bu fədakarlığı qəzetdə çalışan, burada formalaşan, cəmiyyətdə imzaları tanınan jurnalistlər göstərib. Elə vaxtlar olub ki, maaşlar gecikib, qonorarları verə bilməmişik, amma həmin jurnalistlər "Şərq" qəzetini tərk etməyiblər, "Şərq" yaşadı, "Şərqi" yaşatdılar. Bu peşəni sevəndə qəzetin də yaşamaq imkanları çoxalır. Hər şeyin kökündə bir sevgi olmalıdır. "Şərq" qəzetini də bu amillər yaşadıb. Yeni medianın rəqabət mühitində çap mətbuatı kiçilə, sıradan çıxa bilər. Amma düşünürəm ki, Azərbaycanda çap mətbuatı qalacaq. Buna inanıram və əminəm".
Qəzetdə gözlənilən yeniliklərdən danışan baş redaktorun sözlərinə görə, daha çox "Şərq" qəzetinin çap versiyasının gücləndirilməsi üzərində işləyirlər: "Şərq" qəzetinin saytı da var, orada informasiyalar yerləşdiririk. "Şərq" qəzetinin daha yaxşı formatda nəşr etməyə çalışırıq. Bu, bizə ötürülən missiyadır. Azərbaycanda bu missiyanı bir neçə qəzet davam etdirə bilər, bunlardan biri də "Şərq"dir. Maddi imkanımız olsa yaxın gələcəkdə qəzetin "Söz odası" əlavəsini bərpa edəcəyik. Bu əlavə qəzetdə 3 ay davam edib, sonradan maliyyə durumumuz məhdud olduğundan əlavənin nəşrini davam etdirmədik. Bundan başqa, qəzetin şənbə sayının səhifələrini artırmağı düşünürük. "Şərq"in formatı isə dəyişməyəcək, çünki bu format daha əlverilşlidir. Qəzetin səhifələrinin rəngli çıxarılması üzərində də çalışırıq. Bununla bağlı "Azərbaycan" nəşriyyatı ilə danışıqlar da aparmışıq. Bütün bunlarla yanaşı, qəzetin saytını da gücləndirəcəyik".

Xəbərin orijinal ünvanı: http://report.az/media/i-yirmi-yasli-serq-in-bas-redaktoru-qezetimizi-daha-yaxsi-formatda-nesr-etmeye-calisiriq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR