Bir qrup müəllimin maaşı qaldırılacaq - İmtahandan sonra

Bir qrup müəllimin maaşı qaldırılacaq - İmtahandan sonra
15:52 1 Noyabr 2016
800 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabr-dekabr aylarında əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən, 2016-2017-ci dərs ilində Təhsil Nazirliyinin keçirdiyi ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində işə qəbul olan, habelə cari dərs ilində müddətli əmək müqaviləsi ilə vakant və ya sosial məzuniyyət yerinə işə qəbul olan müəllimlər bilik və bacarıqların diaqnostik qiymətləndirilməsinə cəlb olunacaq.

Milli.Az bildiri ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıq səviyyələrini müəyyənləşdirmək, onların dərs yükü norması və əməkhaqqını artırmaqla maddi rifahını yaxşılaşdırmaq, eləcə də həmin müəllimləri inkişafyönümlü təlimlərə cəlb etməkdən ibarətdir.

Qeyd edək ki, bu ilin noyabr-dekabr aylarında ümumilikdə ölkənin 26 rayon və şəhəri üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR