Avropada son 100 ilin ən soyuq qışı olacaq xəbəri yəqin ki,
yadınızdadır. Çox da uzaq keçmişdə verməmişdik bu xəbəri. Həmin
xəbərdən sonra dəyişən hava şəraiti onu unutdurmadı desək daha
doğru olar.
Son yüz ilin ən soyuq qışı gəlir
2016-2017-ci illərdə son 100 ilin ən soyuq qışı olacaq.
Elə həmin günlər idi respublikanın bütün regionlarında yağış və
qar yağmağa başladı. Həmin vaxtdan bugünə kimi yağmaqda davam
edir.
Düzdür, Azərbaycanlı ekoloq və iqlimşünaslar əvvəlcə bu
proqnozlarla razılaşmamışdılar.
Azərbaycanda 2012-ci ilin sərt qışı təkrarlana bilər - PROQNOZ
Son günlər respublika ərazisində yağışlı və qarlı hava müşahidə edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor
müavini Gülşad Məmmədova qışla bağlı proqnoz verməyin hələ ki tez
olduğunu bildirmişdi.
O, ötən il bu ayda Xınalığa bu qədər qar düşmədiyini bildirsə
də, əvvəlki illərdə də Qubanın dağlıq ərazilərində qar qeydə
alındığını vurğulamışdı. Bütün bunlara baxmayaraq o, bu hadisənin
qışın sərt keçəcəyi ilə əlaqələndirməyi doğru hesab etməyib. Qışla
bağlı proqnozu dekabr ayında verəcəklərini demişdi.
Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elmi işçisi,
coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov da oktyabr ayında
bu cür hava şəraitinin normal olmadığını qəbul etsə də, çox da
dəhşətli soyuqlara ehtimal vermədiyini bildirmişdi.Lakin o həm də
avropalı alimlərin fikirlərini tam inkar etməmişdi.
Amma son iki ayda ölkə razisində müşahidə olunan hava avropalı
alimlərinin fikirlərinin gerçəkləşəciyini istisna etmir. Əslində,
sentyabr ayında son 40 ilin ən güclü yağışının yağması qışın sərt
keçəcəyinə bir işarə idi. Yağış nədir ki…
Bu il 44 ildən sonra ilk dəfə oktyabr ayında qar yağıb.Oktyabr
ayında Aran rayonlarına qarın yağması 1972-ci ildən sonra ilk
olub.
44 il sonra bu təkrarlandı
Azərbaycanın Aran rayonlarında son 44 ildə ilk dəfə olaraq, bu ilin oktyabr ayında həmin ay üçün anomal sayılan hadisə baş verib.
AMEA Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin
baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov
deyir ki, İmişlidə bu hal 1972-ci ildən sonra ilk dəfə yaşanıb.
Azərbaycanda bu ayda yalnız dəniz səviyyəsindən 2000 metr yüksək
olan ərazilərə qar yağıb. Oktyabrda ölkə ərazisinə düşən yağıntının
miqdarı da normadan çox olduğunu deyən alim bunun anomal olduğunu
bildirib.
Alim 44 il desə də, rayon sakinlərinin sözlərinə görə, bu tarix
daha qədimdir. Yaşı 60-ı keçən İmişli sakinləri bu ayda qarın son
60 ildə görünməyən təbiət hadisəsi olduğunu deyir. Az qala qışda
qara həsrət qalan imişlililər üçün payızda yağan qar əsl sürpriz
oldu.
Havaların qəfil soyuması heyvanları da çaş-baş saldı. Bu günlərdə
İsmayıllının Kürdmaşı kəndində ilanlar kütləvi halda hərəkət etməyə
başlayıb. Astroloqlar bunu sürüşmə, zəlzələ ilə əlaqələndirsələr
də, Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun aparıcı elmi
işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov əsas
səbəbi açıqladı. Səbəb soyuqların vaxtından əvvəl başlaması və
ilanların bir az Günəş parıltısını hiss edən kimi hərəkətə keçməsi
imiş. Yəni vaxtından əvvəl başlayan soyuqlar heyvanların da
sistemini dəyişdi.
Astroloqdan FƏLAKƏT XƏBƏRDARLIĞI - Bu kəndin sakinləri köçürülməlidir (YENİLƏNİB)
İsmayıllı rayonu Kürtmaşı kəndində sürü halında üzə çıxan ilanlar sakinlərin narahatlığına səbəb olub.
Bütün bunlardan sonra 100 ilin ən soyuq qışının gəldiyinə
inanmamaq olmur. Avropalı ekoloqların fikrini xatırlatmağı borc
bilirik ki, indidən mümkün hazırlıqlarınızı görün. Çünki bu
soyuqlar əvvəlkilərdən fərqlənəcək
Qış aylarında ən aşağı temperatur yanvarda və fevralda müşahidə
ediləcək. Hətta mart ayı da soyuq olacaq. Yalnız apreldə bir az
temperatur yüksələcək.Avropalı alimlər hələ ki, “buz dövrü”nün
başlamadığını deyir.
Kembric universitetinin alimləri isə bu cür soyuqların 15 ildən
sonra daha dəhşətli vəziyyətə səbəb olacağını düşünür. Onların
fikrincə, dünyada temperaturun kəskin aşağı düşəcək.
Alim Valentin Jarkovun sözlərinə görə, 15 ildən sonra Günəşin
fəallığı 60 faiz aşağı düşəcək. Bu, Yer kürəsinin hərarətinin
azalmasına səbəb olacaq. Xüsusilə Şimal yarımkürəsinə ciddi təsir
edəcək.
Alim əlavə edib ki, yeni buz dövrü təxminən 30 il davam edəcək.
Ehtimal olunur ki, bu illər ərzində fəsillərin dəyişkənliyi
nəticəsində ərzaq çatışmazlığı yaranacaq və dünyada bir çox güclü
sürüşmələr meydana gələcək. Əlbəttə, bu fikirlərə də qarşı çıxanlar
da var.
Amma qarşı çıxmaqla deyil ki, təbiət öz sözünü deyir.
Gülxar
Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/174333.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)