Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İTV-nin MTRŞ-ya qarşı şikayətinin məhkəməsi olacaq

İTV-nin MTRŞ-ya qarşı şikayətinin məhkəməsi olacaq

Date: 1 November 2016 16:01

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Milli Televiziya və Radio Şurasına qarşı (MTRŞ) kassasiya şikayəti üzrə keçiriləcək məhkəmənin vaxtı məlum olub.
 
Axşam.az-ın APA-ya istinadən xəbərinə görə, şikayətə 2017-ci il fevralın 9-da Ali Məhkəmədə hakim Azər Hüseynovun sədrliyi ilə baxılacaq.
 
Qeyd edək ki, MTRŞ İTV-də yayımlanan “Qarabağnamə” çoxseriyalı bədii televiziya filmini yarımçıq dayandırdığı üçün telekanala ayrılan vəsaitin geri qaytarılması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi MTRŞ-nın iddiasını təmin edib. Həmin qərarla razılaşmayan İTV Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi İTV-nin MTRŞ-ya qarşı şikayətini təmin etməyib. 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün telekanallara dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılması barədə sərəncam imzalayıb. Həmin vaxt “Qarabağnamə” serialının çəkilişinə 100 min manat vəsaitin sərf olunacağı bildirilib.


Tags:  İTV-nin MTRŞ-ya qarşı şikayətinin məhkəməsi olacaq

RƏYLƏR


Top news