Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Moldovalı qadını İstanbulda sürüdülər - FOTO

Moldovalı qadını İstanbulda sürüdülər - FOTO

Date: 1 November 2016 16:05

İstanbulda cibgirlər, çantasını oğurlamağa çalışdıqları qadını metrlərlə sürüyüb.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, Moldova əsilli Diana adlı qadın yolda gedərkən cibgirlərin hədəfinə çevrilib.

Qadının arxasından səssizcə yaxınlaşan iki oğru onun əlindəki çantanı dartıb oğurlamaq istəyib. Çantasını oğrulara verməmək üçün müqavimət göstərən qadın yerdə metrlərlə sürünüb.

Müqavimət göstərsə də, çantasını və yerə düşən telefonunu qoruya bilməyən qadın gözyaşlarını saxlaya bilməyib.

Qadın polisə hadisə ilə bağlı şikayət edib. Təhlükəsizlik kameralarında görüntülənən oğurluq anının video yazısına baxan polislər oğruların axtarışına başlayıb.

Təhməz Təkin
Milli.Az



Tags:  Moldovalı qadını İstanbulda sürüdülər FOTO

RƏYLƏR


Top news