Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda tələbə qız ağır yaralandı

Bakıda tələbə qız ağır yaralandı

Date: 1 November 2016 16:05

Bakıda universitet tələbəsi yeraltı piyada keçidində yıxılaraq ağır xəsarət alıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Yasamal rayonunda baş verib.
Belə ki, Azərbaycan Universitetinin üçüncü kurs tələbəsi, 19 yaşlı Əhmədova Şəbnəm Telman qızı dərsdən evə gedən zaman Şəmsi Bədəlbəyli küçəsindəki yeraltı piyada keçidindən istifadə edib. Yağışlı hava şəraiti olduğundan o, pilləkənlərdən sürüşərək aşağıya yıxılıb.

Nəticədə Ş.Əhmədova kəllə-beyin və bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən Ş.Əhmədovanın vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  Bakıda tələbə qız ağır yaralandı

RƏYLƏR


Top news