“Lider” telekanalında yayımlanan “Solo” verilişinin növbəti qonağı müğənnilər Təranə Muradova və Əkbər Əliyev olacaq.
Axşam.az-ın məlumatına görə, ifaçılar sosial şəbəkədə tanınmışların bir-birini izləyib, izləməməyindən bəhs edib. Ə.Əliyev “Röya məni İnstaqramda izləmirsə, mən də izləmirəm. İzləsə, mən də edərəm” deyib.
Aparıcılığını Murad Arifin etdiyi proqrama həftənin cümə axşamı saat 22:00-da baxa bilərsiniz.