Rafael Ağayev: “Yaş olimpiadada yüksək nəticə göstərməyimə mane olmayacaq”

Rafael Ağayev: “Yaş olimpiadada yüksək nəticə göstərməyimə mane olmayacaq”
16:18 1 Noyabr 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

"Bu, təkcə bizim deyil, Azərbaycanın qələbəsidir. Vətənimizə borcumuzu verdik".

Publika.az xəbər verir ki, bunu karate üzrə 5 qat dünya çempionu Rafael Ağayev Gənclər və İdman Nazirliyində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bundan sonra da başlarını aşağı salıb çıxışlarını davam etdirəcəklər: "Dünya çempionatında zəif rəqib olmur. Sonuncu dəfə 2010-cu ildə dünya çempionu olmuşdum. Sonradan hakim qərarı ilə uduzdum və daha sonra zədə üzündən çempionatdan kənarda qaldım. Tokio Olimpiadasında 35 yaşım olacaq. Hesab etmirəm ki, bu, mənim olimpiadada yüksək nailiyyət göstərməyimə mane olacaq". (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR