FIFA “qırmızı lalə”yə icazə vermədi

FIFA “qırmızı lalə”yə icazə vermədi
16:27 1 Noyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+


FIFA İngiltərə və Şotlandiya millilərinin üzvlərinə üzərində qırmızı lalə işarə olan formalarda meydana çıxmağa icazə verməyib. Fanat.Az xəbər verir ki, ali futbol qurumu sözügedən ölkələrin hərbi münaqişələrdə həlak olanların xatirəsini bu cür aksiya təşkil etməklə anmağın düzgün olmadığını bildirib.


FIFA rəsmilərinin fikrincə, qırmızı lalə siyasi simvoldur. 


Qeyd edək ki, İngiltərə və Şotlandiya milli komandalar 11 noyabrda  - müharibələrdə həyatını itirən Böyük Britaniya əsgərlərinin anım günündə,  DÇ-2018-in seçmə mərhələsi çərçivəsində üz-üzə gələcək.  Matç “Uembli” stadionunda baş tutacaq.



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-fifa-qrmz-laly-icaz-vermdi-t53816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR