Deputatdan ETİRAZ: "Biz bunu cibimizə istəmirik ki?"

Deputatdan ETİRAZ: "Biz bunu cibimizə istəmirik ki?"
16:32 1 Noyabr 2016
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Mən başa düşmürəm ki, komitə sədri, nazir müavini güzəşt məsələsində niyə belə tərəddüdlə çıxış edir? Bu iş niyə belə baha başa gəlməlidir ki? Dövlətimiz nə qədər pul qoyub idman yarışları keçirir. Kino sahəsinə də güzəştlər mütləq edilməlidir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu millət vəkili Fəzail İbrahimli Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında kino sahəsinə güzəştlərin edilməsi məsələsindən danışarkən deyib.

Onun sözlərinə görə, bütün bu məsələlərdə son məqsəd Azərbaycanı dünyaya tanıtmaqdır: "Yəni mən dövlətəm, millətəm. Tarixim, mənəviyyatım var. Yaxşı, bu kino da onun tərkib hissəsidir da. Niyə mənə güzəşt olunmamalıdır? Əgər bu fərdin cibinə gedəcəksə, o zaman biz tərəddüdlə danışaq. Azərbaycan mədəniyyətinin inkişafına yönələn bir məsələdə niyə tərəddüd olmalıdır?

Bu, mənə çatmır. Biz bunu cibimizə istəmirik ki? Bir millətin göstəricisi onun mədəniyyətidir, dilidir. Bu, çox rahat başa gəlməlidir. Özü də güzəştlər niyə müddətli olmalıdır? Millətin göstəricisini üzə çıxarda bilən bir məsələnin həllinə yönələn bu güzəşt həmişəlik olmalıdır. Müvafiq strukturlarda da məsələni bu cür qoymaq lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR