RƏSMİ: “İnter” baş məşqçisini qovdu

RƏSMİ: “İnter” baş məşqçisini qovdu
16:33 1 Noyabr 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

Son vaxtlar uğursuzluq zolağından çıxa bilməyən “İnter” baş məşqçisi Frank de Burla yollarını ayırıb.

Publika.az xəbər verir ki, bu barədə məlumatı klubun saytı yayıb. Hollandiyalı mütəxəssis ardıcıl uğursuz oyunlara görə qovulub. Belə ki, komanda De Burun rəhbərliyi altında A seriyasında meydana çıxdığı 12 oyunun 7-ni məğlubiyyətlə başa vurub. “İnter” hazırda 12-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, bu, “Neradzurra”da son bir neçə ayda 2-ci məşqçi qovulmasıdır. Belə ki, Milan klubunun rəhbərliyi mövsümün startından bir qədər əvvəl yay fasiləsindəki yoxlama oyunlarında uğursuz nəticələr əldə edən Roberto Mançinini qovmuşdu.

İtaliya mətbuatının yaydığı məlumata görə, “İnter”in baş məşqçi postuna “Latsio”nun sabiq çalışdırıcısı Stefano Pioli və ya ötən mövsümün sonunda PSJ-dən ayrılmış Loran Blan təyin ediləcək. "İnter"in baş məşqçi postu müvəqqəti olaraq komandanın məşqçisi Stefano Vekkiyə həvalə edilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR