Hillari Klintonun qadın sevgilisi ortaya çıxdı – FOTOLAR

Hillari Klintonun qadın sevgilisi ortaya çıxdı – FOTOLAR
16:33 1 Noyabr 2016
196 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentliyinə namizəd olan milyarder iş adamı Donald Tramp seçkilərdəki rəqibi Hillari Klinton və onun köməkçisi Huma Abedin haqqında şok ittihamlar irəli sürüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp Huma Abedini Hillari Klintonun həm köməkçisi, həm də sevgilisi olduğunu iddia edib:

“Huma Abedin ABŞ-ın dövlət sirrini öz həyat yoldaşı ilə bölüşür. Bu, böyük cinayət əməlidir. Digər tərəfdən isə Hillari Klinton ilə Huma Abedin arasında heç də göründüyü kimi təkcə iş münasibətləri mövcud deyil. Hazırda Hillari Klintonun həyat yoldaşı olan Bill Klintonla evliliyi çox soyuq keçir. Ona görə də Hillari Klinton Abedinlə daha yaxın olmaq üçün özünə köməkçi təyin edib. Bu barədə mediada da məlumatlar yer alıb”.

Xatırladaq ki, Huma Abedin ABŞ-ın sabiq prezidenti Bil Klintonun hakimiyyəti dövründə vəzifəyə götürülüb. Huma Abedinin adı 2012-ci ildə yaşanan seks qalmaqalında hallanıb. Həmin vaxtı seks qalmaqalına görə onun həyat yoldaşı Anthony Weiner də ABŞ Konqresindən istefa verib. Bu hadisədən sonra Huma Abedin Hillari Klintonun yanında çalışmağa başlayıb.

Vasif Həsənli








Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR