"İntihar edənlərin 70 faizi psixi sağlam olmayanlardır" - Baş psixiatr

"İntihar edənlərin 70 faizi psixi sağlam olmayanlardır" - Baş psixiatr
16:39 1 Noyabr 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda intihar edənlərə ruhi xəstə adı verilməsi sovet psixiatriyasından miras qalan bir fikirdir"

“Ümumdünya Səhiyyə Təşkilatının bir neçə il əvvəl bəyan etdiyi rəqəmlər onu göstərir ki, intihar edən insanların təqribən 15-20%-i ağır psixi xəstəliklərin daşıyıcılarıdır. Digər 15-20%-i psixiatrın nəzarəti altında ola bilərdilər. Onların ağır bir xroniki xəstəliyi yoxdur, ancaq psixiatrik və psixoloji problemlərin olduğu istisna edilmir. Qalan 70 % isə psixi sağlamlığı olmayan insanlardır”. Bunu APA-ya Səhiyyə Nazirliyinin baş psixiatrı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.

 

Onun sözlərinə görə, bu rəqəm hər hansı bir ölkə üçün yox, intihar edən insanların kateqoriyasına aiddir.

 

Depressiyanın da ağır psixi xəstəlik olduğunu deyən G.Gəraybəyli vurğulayıb ki, ağır depressiyada olan insablar intihar edə bilər: “Ancaq bir çox insanların intiharı xəstəliklə yox, psixoloji problemlər - tənhalıq, sarsıdıcı xəbər, ailədə, həyatda baş verən hadisə, ağır itki  ilə bağlıdır. Azərbaycanda intihar edənlərə ruhi xəstə adının verilməsi sovet psixiatriyasından miras qalan bir fikirdir. Sovet vaxtında elə bir fikir vardı ki, yalnız psixi xəstələr könüllü həyatdan köçə bilər”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258278

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR