Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

16 il əvvəl etdiyi cinayətə görə bu gün məhkəməyə çıxarıldı

16 il əvvəl etdiyi cinayətə görə bu gün məhkəməyə çıxarıldı

Date: 1 November 2016 16:42

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib və təqsirləndirilən şəxs P.Hüseynov ifadə verib. Özünü qismən təqsirli bilən P.Hüseynov bildirib ki, o, Bakı kəndlərindən birində bağ evinə edilən basqında iştirak edib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Azərbaycanda bu cinayətdən əvvəl iki dəfə məhkum olunub: "Bağ evinə basqın edəndən sonra Rusiyaya getmişəm. Orada isə oğurluq etdim deyə həbs edildim".

Proses noyabrın 15-də davam edəcək.

Qeyd edək ki, P.Hüseynov Bakıda 2000-ci ildə digər 3 nəfərlə birlikdə cinayət əlaqəsinə girərək şəhər sakinini öldürməyə cəhd edib. Onlar quldurluq əməlləri də törədərək ayrı-ayrı şəxslərdən pul alıblar. Digər 3 nəfər saxlanılıb. P.Hüseynov isə cinayətdən yayınaraq, Rusiyaya qaçıb. O, bir müddətdən sonra Rusiyada başqa bir cinayətə görə tutulub. Uzun müddət orda məhbusluq həyatı yaşayıb. P.Hüseynov 2015-ci ildə Azərbaycana qayıdarkən saxlanılıb.

Milli.Az


Tags:  il əvvəl etdiyi cinayətə bu gün məhkəməyə çıxarıldı

RƏYLƏR


Top news