Gürcüstanda parlament seçkiləri: keçmiş prezidentin baş tutmayan “revanş”ı

Gürcüstanda parlament seçkiləri: keçmiş prezidentin baş tutmayan “revanş”ı
16:42 1 Noyabr 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Fransada parlament seçkiləri: seçicilər passiv oldular (11 İyun 2017 20:17)
Britaniyada növbədənkənar parlament seçkiləri başladı (08 İyun 2017 11:27)
Özbəkistanın Azərbaycandakı keçmiş səfiri prezidentin Əfqanıstan üzrə xüsusi nümayəndəsi təyin olunub (08 İyun 2017 11:22)

Bakı. 1 noyabr. REPORT.AZ/ Gürcüstanda oktyabrın 8-də başlayan parlament seçkiləri oktyabrın 30-da ikinci turun keçirilməsi ilə başa çatıb.
İkinci turda əsas müxalifət partiyası sayılan “Vahid Milli Hərəkat” Partiyasının öz vəziyyətini yaxşılaşdıraraq, daha bir neçə deputat yeri qazanacağı ehtimal edilsə də, bu, baş vermədi. Sonuncu turda hakim partiyanın 50 birmandatlı dairədən 48-də qalib gəldiyi elan edildi.
Beləliklə, Gürcüstan Mərkəzi Seçki Komissiyasının ilkin açıqlamasına əsasən, hakim “Gürcü arzusu –Demokratik Gürcüstan” Partiyası parlamentdəki 150 yerdən 115-ni qazanıb. Müxalifətdə olan “Vahid Milli Hərəkat” Partiyası 29, “Vətənpərvərlər Alyansı” isə 6 yer əldə edib.
Hələ oktyabrın 8-də keçirilən seçkidən sonra ABŞ Dövlət Departamenti “Gürcüstanda keçirilən bu siyasi kampaniyanın yaxşı təşkil olunduğunu” bəyan etməklə kifayətlənmişdi. Bu isə seçkidə qanun pozuntularının olduğunu da söyləməyə əsas verir. Çünki Dövlət Departamenti qarşı-qarşıya olan tərəfləri aralarındakı mövcud problemləri dinc yolla həll etməyə çağırmışdı.
Odur ki, Gürcüstanda keçirilən parlament seçkilərində yaddaqalan bəzi detalları diqqətinizə çatdırmaq istərdik.
Batumidə 83 yaşlı seçici məntəqədə səs verdikdən sonra halı qəflətən pisləşib, o, elə məntəqədə dünyasını dəyişib.
Gürcüstanın Şida Kartli bölgəsinin Kareli şəhərində isə yaşlı seçici məntəqəyə daxil olduqdan sonra özünü pis hiss edib. Təcili tibbi yardım maşını çağırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda seçki məntəqələrinin bir neçəsində, xüsusilə də Qızılhacılı kəndindəki 48 saylı məntəqədə seçicilər arasında qarşıdurma yaranıb. Gürcüstanın xüsusi təyinatlılarının müdaxiləsindən sonra vəziyyət normallaşıb. Nəticədə xeyli adam saxlanılıb. Yalnız 6 nəfər azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçilib. Oktyabrın 29-da onlardan biri azadlığa buraxılıb. Qalan 5 nəfər hələ də həbsdədir.
Zuqdidi rayonunda hakim “Gürcü arzusu” Partiyasının tərəfdarları ilə məntəqə seçki komissiyası üzvləri arasında münaqişə olub.
Senaxidə isə səsverməyə gələn seçiciyə pul verilməsi faktı aşkarlanıb.
Oktyabrın 8-i, 22-i (təkrar seçki) və 30-da (ikinci tur) seçkilər keçirilən ərazilərdə “Vahid Milli Hərəkat” Partiyasının müşahidəçiləri və təəssübkeşlərinin döyüldüyü haqda xəbərlər yayılıb.
Ümumiyyətlə, Gürcüstanın MSK-sına müxtəlif məzmunlu 200-dən çox şikayət daxil olub. Ancaq bu şikayətlərin heç biri məhkəməyə göndərilməyib.

Yeri gəlmişkən, hökumət seçkilərlə əlaqədar MSK-ya ümumilikdə 18,8 milyon dollara yaxın vəsait ayırmışdı.
Gürcüstanda seçkilərin demokratik keçirilməsi həm də bu siyasi kampaniyada yerli azərbaycanlıların iştirak etməsindən dolayı bizim üçün maraq və əhəmiyyət kəsb edir. Çünki Gürcüstanın hakimiyyət orqanlarında onların təmsil olunmalarını, bu ölkənin həyatında fəallıq göstərmələrini istəyirik.
Bütün siyasi partiyalar Azərbaycan türklərinin yaşadıqları bölgələrdən azərbaycanlıların namizədliyini irəli sürmüşdülər. Ümumilikdə, 40 azərbaycanlının deputatlığa namizədliyi qeydə alınmışdı. Müqayisə üçün qeyd edək ki, deputat olmaq iddiasında olan ermənilərin sayı isə 25 idi. Dörd azərbaycanlı deputat seçilib. Onlardan 3-ü-Ruslan Hacıyev, Savalan Mirzəyev, Mahir Dərziyev “Gürcü arzusu” Partiyasını təmsil edir. Azər Süleymanov isə “Vahid Milli Hərəkat” Partiyasından deputat olub. M.Dərziyev və A.Süleymanov proporsional, o biri iki nəfər isə majoritar qaydada seçilib. R.Hacıyev Marneulidəki, S.Mirzəyev isə Qardabanidəki birmandatlı dairədən deputat seçiliblər. “Vətənsevərlər Alyansı”ndan namizədliyi irəli sürülən iki azərbaycanlıdan heç biri deputat ola bilməyib.
Ermənilər isə Gürcüstan parlamentində 3 deputatla təmsil olunacaqlar. “Gürcü arzusu”ndan bir erməni Axalkalakidən proporsional, "Vahid Milli Hərəkat” Partiyasından bir erməni majoritar, biri isə proporsional qayda üzrə deputat seçilib.
Gürcüstandakı parlament seçkiləri ilə bağlı mübahisəli məsələlər də var. Bolnisidən Samirə İsmayılovanın qələbə qazandığı bildirilib. Ancaq onun qələbəsi rəsmiləşdirilməyib. Onun yerinə istefa verərək seçikilərə qatılnış yerli icra başçısı Qoqi Mişveliani deputat elan olunub.
Gürcüstan KİV-inin yazdığına görə, “Vahid Milli Hərəkat” Partiyasından Marneuli üzrə namizədliyi irəli sürülən Əhməd İmamquliyev də seçkinin nəticələrindən narazılıq edib.
Hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” Partiyasının sədri, baş nazir Giorgi Kvirikaşvili parlament seçkilərinin uğurla baş çatması münasibətilə ölkə əhalisini təbrik edib.
Onun yenidən hökumətə başçılıq edəcəyi ehtimalı da böyükdür. Ölkə konstitusiyasına əsasən, parlament səlahiyyətlərinin icrasına başladıqdan sonra 7 gün ərzində hökumət istefaya gedir, prezident yeni Nazirlər Kabinetinin üzvlərinin siyahısını bu müddətdə təsdiqlənmək üçün parlamentə təqdim edir. Gürcüstanın yeni seçilən parlamentinin ilk iclası isə noyabrın 19-dək keçiriləcək. 


Seçkilərlə bağlı daha bir neçə məqama da nəzər yetirmək istərdik. Əvvəlcə onu vurğulamaq lazımdır ki, 2012-ci ildə keçirilən seçkilərdə Bidzina İvanişvilinin “xaç atası” olduğu deyilən hakim “Gürcü arzusu” 56,87 faiz səs toplayaraq, parlamentdə 85 deputatla təmsil olunmuşdursa, əsas lideri keçmiş prezident Mixeil Saakaşvili olan “Vahid Milli Hərəkat” Partiyası isə 43,33 faiz səs toplayaraq ali qanunverici orqanda 65 deputatla təmsil olunurdu.
Heç kimə sirr deyil ki, bu dəfə də mübarizə sabiqlər - keçmiş prezident və baş nazir arasında gedib. Düzdür, onlar bu siyasi kampaniyada açıq-aşkar iştirak etməyiblər. Ancaq M.Saakaşvili keçmiş baş nazir Bidzina İvanişvilini parlament seçkilərini saxtalaşdırmaqda ittiham edib.
Baş verənlər yalnız Gürcüstanın iki siyasi və dövlət xadiminin mübarizəsi deyil, bu, həm də onları dəstəkləyən xarici güclərin qarşıdurmasıdır. Bu mübarizədə keçmiş baş nazir və onun dəstəkçiləri sabiq prezidentin “revanş”ına imkan vermədi. Ona görə də ehtimal etmək olar ki, əgər M.Saakaşvilinin tərəfdarları növbəti mərhələyədək dağılsa, o zaman onların yeni lider seçməsinə ehtiyac olacaq. Heç şübhəsiz, 2008-ci ilin hadisələrini bölgədə mövqelərini gücləndirmək istəyən Rusiya yaddan çıxarmayıb. Bu baxımdan keçmiş prezidentin Ukraynanın Odessa vilayətinə hələ daha bir müddət başçılıq edəcəyi də istisna edilmir.
Seçkilərdə Azərbaycan türklərinin əvvəlki illərlə müqayisədə fəallığının artdığı müşahidə edilib.
Beləliklə, Gürcüstanda demokratik cəmiyyətin qurulduğunu, seçkilərin azad və ədalətli keçirildiyini iddia edənlər deyəsən tələsiblər. Bir sıra hallarda onu qonşu postsovet dövlətlərinə model olaraq göstərməyin də yersiz olduğu təsdiqləndi. Ona görə də belə cəmiyyətin təkamül yolu ilə inkişafının məqsədəuyğun olması düşüncəsi bir daha özünü təsdiqlədi. 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Uşaqlara əmzik vermək lazımdırmı?

24 İyun 2017 21:22

Sumqayıt bulvarında yeni yasaq - VİDEO

24 İyun 2017 21:17

Mingəçevirdə uşaq ağcaqanad dərmanı içib zəhərləndi - VİDEO

24 İyun 2017 21:17

Fitrə zəkatının miqdarı nə qədərdir?

24 İyun 2017 21:17

Bayramın "qara"sı necə olur? - VİDEO

24 İyun 2017 21:12

Namazda qəlb hüzuru əldə etməyin yolları

24 İyun 2017 21:12

Kredit borcu olanlar fitrə verə bilər? - VİDEO

24 İyun 2017 21:12

Bayramla əlaqədar avtovağzalda sıxlıq yaşanır - VİDEO

24 İyun 2017 21:12

Rusiya Meksikaya uduzaraq Konfederasiyalar Kubokunda mübarizəni dayandırıb

24 İyun 2017 21:07

Bakıda dayanacaqların şüşələrini kim sındırır? - VİDEO

24 İyun 2017 21:05

Azərbaycanda çay daşdı, insanlar yolda qaldı - VİDEO

24 İyun 2017 21:05

Kəsirlər, qızardırlar yeyirlər -

24 İyun 2017 21:05

Müəllimənin seks əyləncəsi

24 İyun 2017 21:03

Hemilton Azərbaycan Qran Prisinin təsnifat mərhələsində çıxışını müsbət qiymətləndirib

24 İyun 2017 21:01

Saxlanılan oğru: "Ev sahibindən üzr istəyirəm" - VİDEO

24 İyun 2017 20:57

Çimərlik mövsümü onların işinə yaradı - VİDEO

24 İyun 2017 20:57

İmişli-Beyləqan yolunda ağır qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı - VİDEO

24 İyun 2017 20:57

Konfederasiyalar Kuboku: Portuqaliya və Meksika yığmaları yarımfinala yüksəlib

24 İyun 2017 20:57

Bizə demokratiya dərsi keçənlərin yüz illərdir dəyişməyən siyasəti

24 İyun 2017 20:57

1967-ci il müharibəsi: Yaxın Şərqi dəyişmiş altı gün - FOTO

24 İyun 2017 20:52

Rəhbəri Quran olanın zavalı olmaz

24 İyun 2017 20:52

"Mercedes" aşdı, yaralı var

24 İyun 2017 20:49

Qarğıdalı necə qaynadılır?

24 İyun 2017 20:47

Ermənistan NATO naminə Rusiyaya xəyanətə hazırlaşır

24 İyun 2017 20:42

İsti havada hansı qidaları qəbul etmək olmaz? -

24 İyun 2017 20:36

Mingəçevirdə təbii fəlakət: evlər su altında qaldı

24 İyun 2017 20:34

Sevgilisi ilə Las-Veqasa getdi - FOTO

24 İyun 2017 20:32

Qum prosedurları sağaldır və arıqladır

24 İyun 2017 20:22

Sabirabadda AĞIR QƏZA: 5 nəfər...

24 İyun 2017 20:18

20 yaşlı azərbaycanlı “qadın”ın faciəsi - FOTO

24 İyun 2017 20:17

İnsan namaz qılıb bitirəndən sonra...

24 İyun 2017 20:17

Xeyir işi etmək istədikdə, niyə tələsməliyik?

24 İyun 2017 20:12

İsraildən Azərbaycana yeni silahların gətirilməsi gözlənilir

24 İyun 2017 20:12

Prezident İlham Əliyev Xorvatiya və Sloveniya dövlət başçılarına -

24 İyun 2017 20:09

Palmer Azərbaycan Qran-Prisində iştirak edəcək

24 İyun 2017 20:08

Çılpaq fotolarını yaydı: "Ərə getməyə hazırlaşıram" - FOTO

24 İyun 2017 20:05

Azərbaycanda ağır qəza: 5 yaralı - FOTO

24 İyun 2017 20:05

İrəvan üçün MƏHVEDİCİ YAY, böyük çöküşün TARİXİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

24 İyun 2017 20:03

Dünyanın ən böyüyü ayrılır

24 İyun 2017 19:57

Bu banklar bayramda da işləyəcəklər – SİYAHI - FOTO

24 İyun 2017 19:57

Brejnev milliyətcə kim olub?

24 İyun 2017 19:57

Boksçu Kamran Şahsuvarlı Avropa çempionatını gümüş medalla bitirib

24 İyun 2017 19:57

Azərbaycanda 66,4 min cüt ayaqqabı istehsal edilib

24 İyun 2017 19:53

İnsanların üz tutacağı Marsın yeni sirləri

24 İyun 2017 19:52

Ən bahalı əmlak bu ölkələrdə satılır

24 İyun 2017 19:52

Bakıda 415 manata görə sevgilisini öldürdü

24 İyun 2017 19:47

Ramazan ayı hansı gün sona çatır?

24 İyun 2017 19:47

Estetik cərrahiyyədə birinci ledi dəbi

24 İyun 2017 19:42

Rusiya Ermənistandakı hərbi bazasını niyə gücləndirir?

24 İyun 2017 19:42

"Məni döyürdü, uşağımı itirəcəkdim" - Tatlısəslə bağlı 38 il sonra gələn etiraf - FOTO

24 İyun 2017 19:42