Azərbaycan bu il Supsadan 2,1 mln. ton neft ixrac edib

Azərbaycan bu il Supsadan 2,1 mln. ton neft ixrac edib
16:52 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin oktyabr ayı ərzində Supsa limanından (Qara dəniz, Gürcüstan) 267 643 ton xam neft ixrac edib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq ayından 21% az olub.
Ümumilikdə, yanvar-oktyabr ayları ərzində Supsa limanından 2 121 271 ton neft ixrac olunub ki, bu da illik müqayisədə 10,6% azdır.
Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir. Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azerbaycan-oktyabrda-supsadan-2-1-mln-ton-neft-ixrac-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR