Bakıda 40 yaşlı kişi arvadını və baldızını bıçaqlayıb

Bakıda 40 yaşlı kişi arvadını və baldızını bıçaqlayıb
17:02 1 Noyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakıda kişi arvadını və baldızını mübahisə zəminində bıçaqlayıb.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, Cəbrayıl rayon sakini 1976-ci il təvəllüdlü Oqtay Təhməzov yaşadığı Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən mənzildə həyat yoldaşı 28 yaşlı Elvira Nəsirova ilə mübahisə edib. O, mətbəxdən götürdüyü bıçaqla arvadı E.Nəsirovaya bir neçə dəfə xəsarət yetirib. Mübahisənin münaqişəyə çevrilməsinin qarşısını almaq istəyən baldız 25 yaşlı Əminə Nəsirova da bıçaqlanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində (RPİ) cinayət işi başlanılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-40-yasli-kisi-arvadini-ve-baldizini-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR