Tolik “Azərişıq”ı biabır etdi

Tolik “Azərişıq”ı biabır etdi
17:11 1 Noyabr 2016
126 Şou
Ölkə mətbuatı
A- A+

Prodüser Tarix Əliyev (Tolik) “Azərişıq”dan şikayətlənib.

Axşam.az-ın məlumatına görə, Tolik bildirib ki, yaşadığı Xırdalan şəhərində tez-tez işıqlar söndürülür:

“Mən Xırdalanda ən yaxşı yaşayış kompleksində qalıram. Xırdalana köçəndən mənim əsəblərim tarıma çəkilib. Bu “Azərişıq” hara baxır bilmirəm. Görmüşəm ki, işıq ayda bir, ya iki dəfə sönər. Həftədə üç dəfə işığı kəsməzlər. Bəsdirin, pulları yeyib, ucuz kabellərdən istifadə etdiniz. İki gündənbir "Xırdalanda filan yerdə işıq partlayıb" deyirsiniz. Biz camaat neyləyək? Ayaqyoluna getməyək, el-üzümüzü yumayaq? Sizin evinizdə generator var, bizdə yoxdur. Qabaqdan qış gəlir. İki gün yağış yağdı Xırdalanı su apardı, işıqlar kəsildi. Az qaldı dünyanın axırı çatsın. Daha susmayacam, belə olanda yazacam”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60278

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR