Nobel prospektində hərəkətin təşkilində yenilik ediləcək

Nobel prospektində hərəkətin təşkilində yenilik ediləcək
17:22 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkətində dəyişiklik ediləcək.
“Report”a “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən verilən xəbərə görə, “Ağ Şəhər” layihəsi çərçivəsində yenidən qurulan X.Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişdiyi ərazidə hərəkət ikifazalı rejimdə işıqforla nizamlanacaq.
Bundan başqa, Nobel prospektində hər iki istiqamətdə geri dönmə yerlərinin açılması da nəzərdə tutulub. Geri dönmə hissələr kəsişmədən üzü Zığ istiqamətində 590 metrdən sonra, şəhər istiqamətində isə380 metrdən sonra, Afiyəddin Cəlilov küçəsinin kəsişməsində yaradılacaq.
Qeyd edək ki, hərəkətin təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi və gələcəkdə yarana biləcək tıxacların aradan qaldırılması məqsədi ilə sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinin bu cür təşkil olunması “Azəravtoyol”un, BDYPİ-nin, BŞİH-in və Nazirlər Kabineti yanında BNA-nin birgə razılığına əsasən gəlinib.


Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/nobel-prospektinde-hereketin-teskilinde-yenilik-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR