Azərbaycanda TRT-nin yayımı dayandırıldı

Azərbaycanda TRT-nin yayımı dayandırıldı
17:28 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı və Sumqayıt şəhərlərində, Abşeron yarımadasında Türkiyənin TRT-1 telekanalının yayımı dayanıb.

Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən Publika.az-a verilən məlumata görə, telekanalın yayımın dayanma səbəbi anoloq yayımla əlaqədardır: “TRT-1-in Azərbaycanda yayımlanması müqavilə üzrə analoq yayımda nəzərdə tutulub. Digər televiziyalar artıq rəqəmsal yayıma keçib. Lakin TRT-1-in rəqəmli yayım üzrə müqaviləsi yoxdur. Müqavilə olduqdan sonra TRT-1-in yayımı bərpa oluna bilər”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/174353.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR