Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR dizel yanacağının ixracını artırıb

SOCAR dizel yanacağının ixracını artırıb

Date: 1 November 2016 17:32

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin oktyabr ayında 84 162 ton dizel yanacağı, 5 843 ton təyyarə yanacağı ixrac edib ki, dizel yanacağının ixracı ötən ilin oktyabr ayından 13% artıb, təyyarə yanacağının ixracı isə 75% azalıb.
“Report” SOCAR-a istinadən xəbər verir ki, ötən ay 7 519 ton yüksək təzyiqli polietilen, 6 191 ton maye piroliz qətranı və 3 541 ton propilen ixrac edilib.
Ümumilikdə, 2016-cı ilin yanvar-oktyabr ayları ərzində 593 159 ton dizel yanacağı, 171 191 ton təyyarə yanacağı ixrac olunub ki, dizel yanacağının ixracı 24%, təyyarə yanacağının ixracı isə 15% azalıb.
Bu ilin 10 ayı ərzində 2 416 ton soba mazutu, 68 622 ton yüksək təzyiqli polietilen, 9 326 ton mütləqləşdirilmiş izopropil spirti, 51 386 ton maye piroliz qətranı, 34 152 ton propilen və 15 166 ton butilen butadien fraksiyası ixrac edilib. 
Cari ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 511,55 ABŞ dolları, təyyarə yanacağı - 472,80 dollar, dizel yanacağı - 450,81 dollar, 1% kükürdlü mazut - 286,36 dollar, yüksək təzyiqli polietilen - 1 185 dollar, butilen butadien fraksiyası - 528,93 dollar, maye piroliz qətranı - 511,55 dollar, propilen - 725 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti 915 avro təşkil edib.
Qeyd edək ki, hesabat ayında dünya bazarında "Brent" tipli xam nefti 49,67 dollar/barelə, "Urals" - 48,74 dollar/barelə, "BTC FOB Ceyhan" nefti isə 51,35 dollar/barelə satılıb.

Tags:  SOCAR dizel yanacağının ixracını artırıb


RƏYLƏR


Top news