Qətər klubu Rafael Ağayevə təklif göndərib

Qətər klubu Rafael Ağayevə təklif göndərib
17:37 1 Noyabr 2016
76 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Karate üzrə 5 qat azərbaycanlı dünya çempionu Rafael Ağayevə xarici klubda işləmək təklif edilib. 
"Report"un məlumatına görə, bu barədə R.Ağayevin özü açıqlama verib.
Onun sözlərinə görə, təklif Qətərin "Əl-Əhli" klubundan edilib. Ancaq idmançının "Qəbələ" idman klubu ilə müqaviləsi olduğundan məsələyə gələn ay baxacaq.
Üstəlik, idmançı 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra xarici ölkə yığmalarının birindən məşqçilik təklifi də aldığını deyib. Lakin dünya çempionu ölkənin adını açıqlamayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/qeter-klubu-rafael-agayeve-teklif-gonderib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR